19. YAZIN QIRXBEŞİ
Hər fəslin, hər ayın özünün tarixi var, özünün müəyyən hərəkətdəri var. Məsələn, yaz üç ay olur, onun yarısına yazın qırx beşi deyillər. Yazın qırx beşinnən sora bir o qədər də qar olmur, çavğun olmur. Yazın qırx beşinəcən amma qış üsdə gedir, çavğun da gözlənilir, qar da olur. Deyillər, daa yazın qırx beşidi, köş köşsün getsin dağa, day büyünnən sora nə qar olmıyajax, nə çavğun. Yazın adı belədi. Payızınki də onun kimi.
20. ZƏMZƏM SUYU
Bir nəfər hankısa başına döndüyümün ayləsi hamilə imiş. Azarrıyan vaxdında deyifdi ki, aparım səni, filan yerdə işıx gəlir oraya. Aparıf bir dərədə qoyuf, gedif kəntdən adam gətirməyə. Bu gəlincə gəlin azad oluf. Baxıf, baxıf, deyif: “Ey ilahi pərvərdigara, mən nəynən əlimi yuya bilərəm?” Başına döndüyüm Həzrəti Cəbrayıldan nida yenifdi ki, indi sana su göndərəjəm. Uşax davannarıynan belə eliyifdi, uşağın hər davanının altınnan bir bulax qaynıyıf. Gəlin əlini-ayağını yuyuf təmizdiyyənən sora deyif:
– Ey ilahi, şükür saa.
Allahda səda gəlif:
– Ey bəndəm, o üş gün İsmayıl qurbanıdı, üş gün Zəmzəm suyu. Kimin qavına bir damcı düşər, düşər.
Dostları ilə paylaş: |