29. ALTDAN QURU, ÜSTƏN YAŞ
Bu əhvalatı nənəm Fatmasoltan Hüseyn qızının dilinnən eşitmişəm. Əhvalat Dərəlyəz mahalının axundu Cəfərqulu ağanın başına gəlip. Soradan eldən-elə, dildən-dilə tüşüp. İndi ocağı yandırammıyan arvatdara bu bir bənt şeiri misal çəkillər.
Bir qadın mollanın (Cəfərqulu ağanın – top.) yanına gəlip yalvarır ki, ölmüşəm, məni yerdən götür. Nə qədər eliyirəmsə, ocağı yandırammıram. Ta evdə başı qaxaşdı, üzü toxaşdı olmuşam. Dillənən kimi kişi deyir ki, sus, bir ocağı da yandırammırsan.
Molla deyir:
– Ay anam, ay bacım, mən dua yazmıram. Get kim yazır ona yazdır.
Qadın əl çəkmir:
– Yox ey, ay qardaş, səni deyip gəlmişəm, gör neynirsən. Bu işi birtəhər yoluna qoy.
Molla görür ki, neynəsə də qadın əl çəkmiyəcək. Odu ki deyir:
– Gedərsən evə. Mənə bir toyuğun döşünü yaxşıca qızardıp gətirərsən. Sora sənə dua yazaram.
Qadın sevincək razılaşır. Dərhal durup evə qaçır. Mollanın dediyi kimi eliyir. Bir toyuğu tutup kəsdirir. Əlbəhəl onu təmizdiyip bölür, döşünü qızardıp mollanın yanına gətirir. Molla əti yeyir, sümüyün üsdünə ağlına gələni yazıp qadına verir, deyir:
– Apar bunu həyətdə basdır.
Əlavə də bir kağıza bu sözdəri yazıp onu da qadına verir:
Molluya verdim bir döş,
Xətri oldu sənnən xoş.
Altdan quru, üsdən yaş,
Yammıyanda gözünü eş.
Diliynən də başa salır:
– Altdan quru çır-çırpı qoy, üsdünnən yaşdarı. Bu duanı da ocağın gözünə qoyup yandır. Ocağın çırthaçırtla yanacax.
Arvad mollanın dediyi kimi eliyir. İki-üş günnən sora gəlip deyir:
– Ağa, qələminə qurban olum, ocağım elə yanır, elə yanır.... Allah sənnən razı olsun.
Dostları ilə paylaş: |