39. HACI BİLƏR, HƏLƏ DİNMƏZ
Bir arvadın Hacı addı əri olur. Əri qazanc dalınca səfərə çıxır. Arvadı da başdıyır avara-avara gəzməyə. Bir gün Hacı gəlir. Arvadı çox vurnuxur ki, görəsən ərimin qulağına nəsə bir söz çatmıyıb? Ərinə deyir ki, a kişi, itimiz balalıyıp, gəl gedək ona ad qoyax. Əri razı olur. Arvat küçüyün birini qulağınnan tutup qaldırır və deyir:
– Mən bunun adını qoyuram, “Hacı bilməz”.
Əri o biri küçüyün qulağınnan tutup qaldırır və deyir:
– Mən də bunun adını qoyuram “Hacı bilər, hələ dinməz”.
Dostları ilə paylaş: |