48. QIZILQUŞNAN QARĞA
Qızılquş qarğaya deyif ki, qardaş, neçə il yaşıyırsan? Qarğa deyif ki, üş yüz il. Qarğa deyif:
– Bəs sən neçə il?
Deyif:
– Üç il.
İkisi də göy üzündə uçurmuş. Görürlər ki, bir sərçə qondu bir kola. Kola qonanda bu qızılquş şığıyır kola ki, sərçəni tuta, qələm bunun ürəyinin üsdünnən batır, gedir kürəyinnən çıxır. Qarğa gəlif görür ki, qızılquş can verir. Deyif:
– Qardaş, bu ürəh ki səndədi, üç il də sənə çoxdu.
49. SÖZ YARASI
Maralı yaralıyıllar dağda. Dağın diviynən çay gedirmiş. Maral qaça-qaça özünü saldı suya da, yaralıdı. Bir tısbağa da cığırnan gedirmiş. Marala deyir ki, mənnən aralı get qanın üsdümə tökülməsin. Bu söz marala əsər eliyif. Deyif:
– Ay tısbağa, ovçunun bu yarası məni öldüməyəjeydi, amma sənin bu sözün məni öldürəjəh.
Dostları ilə paylaş: |