Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə23/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   19   20   21   22   23   24   25   26   ...   238
23. KİMİN ZƏHƏRİ GÜCLÜDÜR?
Bir gün bal arısıynan ilanın mübahisəsi düşür. Bal arısı ilana deyir ki, mənim zəhərim sənin zəhərinnən güjdüdü. İlan deyir ki, yox, mənim vurduxlarım ölür. Arı deyir ki, sənin vurduğun mənim vurduğum qədər ölməz, sənin zəhmin ağırdı. Bunnar mərcə girillər. Bal arısı deyir ki, sən vurassan adamı, gizdənəssən, mən onun gö­zü­nə görükəcəm. Sora mən çalacam həmən adamı, mən gizdənə­cəm, sən onun gözünə görükəssən.

Gəlillər, bir kişi yatıb. Bal arısı deyir ki, sən vur gizdən. İlan bunu çalır, gizdənir. Kişi oyanıb qalxır, əənə-bəənə baxır. Deyir, bu nə idi məni sancdı. Baxır görür ki, bal arısıdı, cız-cız eliyə-eliyə o yana-bu yana gedir. Deyir:

– Əşi, arıdı da.

Yıxılır yatır. Bu səfər bal arısı çalır, ilan onun gözünə görsə­nir. İlan evdən qıvrıla-qıvrıla qaçır gedir. Kişi ilanı görən kimi bağ­rı çatdıyır ölür. Bal arısı deyir ki, bax, görürsən, sən də çaldın o kişi­ni, mən də çaldım. Mən gözünə görükdüm ölmədi, sən gözünə görükən kimi öldü. Deməli, sənin zəhmin ağırdı.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin