Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə230/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   226   227   228   229   230   231   232   233   ...   238
XVI

DÖZGÖLДR


1. İynə-iynə,

Ucu düymə.

Mər-mərcan,

Mətir keçi.

Şam ağacı,

Şatır keçi.

Qoz ağacı,

Qotur keçi.

Haldur dedi,

Huldur dedi.

Əmim oğlu

Bir ağac atdı,

Yağnan qara,

Vur nağara,

Çıx qırağa.
2. Dam üsdə dana cingildər,

Qaranlıq yerdə küçük dingildər.

Bajadan baxdım işlan göz,

Birisi əyri, birisi düz.

Mindim düzüm boynuna,

Sürdüm Urum yoluna,

Urum yolu bağlıdı.

İçində meymun gəzər,

Meymuncağızı ürkütdüm,

Qulaqcığın qırpıtdım.

Meymuncağın anası

Məni görəndə ağladı,

Tumanına qığladı.

Tumanı dəlik-dəlik.

Qurbağa bölük-bölük

Qurbağanı hakladım,

Üseyn bəyə saxladım.
3. Bajadan baxdı işlan göz,

Birisi əyri, birisi boz.

Mindim bozun boynuna,

Sürdüm Urum yoluna.

Urum yolu dərbədər,

İçində meymun gəzər.

Meymuncağı ürkütdüm,

Qulaxların qıpırtdım.

Meymuncağın anası

Məni gördü ağladı,

Tumanına qığladı.

Tumanı bölük-bölük,

Qurbağa çilik-çilik.

Üseyn bəyin boz atı

Dərədəcə ölüfdü.

Üseyn bəyə nə gərək?

Quyruğ üsdə quş gərək.

Quşu vurdum uçurtdum,

Əlli dərə keçirtdim.
4. Beş keçi,

Hanı bının erkəçi?

Erkəç qaya başında,

Hehələdim gəlmədi,

Çiyit tökdüm yemədi.

Çiyid qazanda qaynar,

Qəmbər bucaxda oynar.

Qəmbər getdi oyuna,

Qarğı batdı buduna.

Qarğı deyil, qamışdı,

Beş barmağı gümüşdü.

Gümüşü verdim tata,

Tat mana darı verdi.

Darını verdim quşa,

Quş mana qanat verdi.

Qanatdandım uşmağa,

Hakk qapısın aşmağa.

Qapıçı qapı toxuyur,

İçində bülbül oxuyur.

Mənnən kiçik qardaşım

Allahın kalamın oxuyur.
5. Mindim dəvə boynuna,

Sürdüm Urum yoluna.

Urum yolu dərbədər,

İçində meymun gəzər.

Meymuncağın anası

Məni gördü ağladı,

Tumanına qığladı.

Tumanı dəlik-dəlik,

Qurbağa bölük-bölük.

Qurbağanı haxladım,

Üseyn bəyə saxladım.

Üseyn bəyə nə gərək?

Quyruğ üsdə quş gərək.

Quşu vurdum uçurdum,

Hakk qapısın açırtdım.

Qapıçı qapılıx toxuyur,

Mənnən kiçiy qardaşım

Allahın bülbülün oxuyur.

6. Əkil-bəkil quş idi,

Divara qonmuş idi.

Getdim onu tutmağa,

O məni tutmuş idi.

Oturmuşdum divanda,

Birdən qapı döyüldü.

Elə bildim atamdı,

Aşdım gördüm ilandı.

İlana sillə vurdum

Getdi dəydi divara.

Divardan bir qız çıxdı,

Adın qoydum Tamara.

Tamara, Tamara tat qızı,

Erməni soldat qızı.

Tamara getdi beş günə,

Gəlmədi on beş günə.


7. Motala-motal,

Hil atar,

Qaymax qatar.

Ağ quşum ağarçınım,

Göy quşum göyərçinim.

Əzmə tikan Əmir qulu,

Vur buraya, çıx qırağa.
8. Ayıl-mayıl İsmayıl.

Yuxudan ayıl, İsmayıl,

Qızdar çıxıf məhliyə,

Qızdara daş at, İsmayıl.


9. A testi-testi, teşti,

Virdım Gilanı keşdi.

İki xoruz əlləşdi,

Biri qana bulaşdı.

Qan getdi çaya düşdü.

Çaydan göyərçinin uşdu

Məni gördü ağladı.
10. Bir, iki – bildirki,

Üç-dörd – qapını ört,

Beş-altı – daş altı,

Yeddi-səkkiz – Firəngiz,

Doqquz-on – qırmızı don.
11. Ay pota-pota,

Gəl gedəh ota.

Ot qırıldı,

Pota yıxıldı.

12. Çilmə-çilik,

Yeddi milik,

Saray səkkiz,

Qarğa doqquz,

Oğlan gəldi,

Qız, qaç.


13. Kəkilli fərə,

Çıxma çəpərə,

Səni görəllər,

Ərə verəllər.

= Kəkilli fərə,

Çıxdı çəpərə,

Hamı getdi ərə,

Balam qaldı belə.




XVII

UŞAQ OYUNLARI
DƏLƏDƏSMAL OYUNU
Uşaxlar halay qurup oturullar. Bir uşax da əlində dəsmal bu uşaxların arxa tərəfiynən dövrə vurur. Dövrə vura-vura gəzdihcə dəs­­malı uşaxlardan birinin arxa tərəfinə atır. Uşaxların heş biri arxa­sına dönüp baxmamalıdı. Arxasına dəsmal atılan uşax arxıya dönmədən dəsmalın onun dalına atıldığını tapıb bəyan eləsə, dəs­mal gəzdirənnən nə isdəsə, şeir, tapbaca, mahnı oynamax və s. dəsmalgəzdirən halayın içində eləməlidi. Yox, əyər, dalına dəsmal atılan, dəsmalın onun arxasına atıldığını tapbasa, dəsmal gəzdirən uşax o uşaxdan şeyir isdəsə, o uşax halayın içində şeyir deyər, mah­nı isdəsə, mahnı oxuyar, oynamax isdəsə oynuyar. Oyun bu min­valla davam eliyər.
* * *

Uşaxların əllərini oynadıb deyərdilər:

Baş barmax,

Başala barmax,

Uzun hacı,

Qan turacı,

Çıkkılı bacı.
* * *

Uşağın ovcunu əl ilə qıdıxlıyıf deyillər:


Burdan bir dovşan qaşdı,

Bu gördü (baş barmax),

Bu tutdu (II barmax),

Bu bişidi (III barmax),

Bu aşıdı (IV barmax),

Çuppuluya qalmadı (çəçələ barmax).

* * *

Uşaxlar ayaxlarını bir yerə qoyur, bir-birinə vuruf oxuyullar:



Araz gəlir, lil gəlir,

İçi dolu gül gəlir.

O gülün birin üzeydim,

Saç bağıma düzeydim.

Balamın toyunda

Bir doyunca süzeydim.

Axıra qalan oyunnan çıxırdı.
* * *

Kiçik uşaxları alardılar qucaxlarına, qılçasını o üzə, bu üzə qaytarırdılar, idman formasıydı, nəydi, deyirdilər:

Sınıx qıç, hay sınıx qıç,

Aş bişiməz sınıx qıç.

Su gətiməz sınıx qıç,

Elə ki, qonşudan pay gələndə,

Şöppənəh durar sınıx qıç.

Uşağın iki qılçasını qaldırardılar yuxarı. Bını təkrar bir neçə dəfə deyif uşaxı səvərdilər.


XVIII

MÖXTДLİF ŞEİRLДR
MƏZAHİR DAŞQINNAN ŞAİR HACI
O vaxtı Məzahir Daşqın plennikdən Stalinin hökmüynən, Səməd Vurğunun köməkliyi ilə azad oluf Azərbaycana qayıdanda Qazaxlı şair Hacıynan türmə yoldaşı olublar. Altıncı kolonda bir yatıblar. Şair Hacı eşidir ki, Daşqın azadlığa gəlir, ona bir məktub yazır. Özü də şeirnən yazır:

Təxəllüsü Daşqın, adı Məzahir,

Mənim bu naməmi almamış olma.

Beynamus qohuma, yaltax dostlara,

Həcv, hədyan deyib yazmamış olma.

Məzahir Daşqın məktubu alır görür Şair Hacıdı yazan. Şeirə cavab yazır:

Aldım məktubunu, ay Şair Hacı,

Ürək ağlıyarkən gülmək çətindi.

Hər şairin dərdi elin dərdidi,

Bu sonsuz dəryanı bölmək çətindi.

Məzahir Daşqını Stalin ömürrük azaddıxdan məhrum eləmiş­di. Bəzi şeylər qulağına çatmışdı Şair Hacının. Şair Hacı yazır:

Keçirdin ömrünü qürbətdə xeyli,

Odur ki, naməni yazdım gileyli.

Sənə xain çıxıf vəfasız Leyli,

Məhəbbəti qannan silməmiş olma.

Məzahir Daşqın yazır ki:

Sən mənim Leylimə demə vəfasız,

Əşqin məcarəsi olmaz vəfasız.

Bir dərdə düşmüşəm, dərdsiz, dəvasız,

Məhəbbəti qannan silmək çətindi.

Şair Hacı yazır ki:

Möhtərəm qardaşım, kamil ustadım,

Qazaxdı mahalım, Hacıdı adım.

Bəlkə öldüm, sən gələnə qalmadım,

Ölsəm, məzarıma gəlməmiş olma.

Məzahir Daşqın deyir ki:

Uğursuz illərin keşsə də mini,

Daşqın hər an görə bəxtəvər səni.

Allah göstərməsin dost matəmini,

Dostun matəminə gəlmək çətindi.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin