Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə236/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   230   231   232   233   234   235   236   237   238
SÖYLƏYİCİLƏR HAQQINDA MƏLUMAT
Abbasov Rəşid Əli oğlu, Tərtər rayonunun Hacallı kəndi, 1957-ci il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətn: Kişi ağzında qı­zıl xırdalayır. Toplayan: S.Hüseynova
Abdullayev Cabbar Əziz oğlu, Laçın rayonu, 1936-cı il təvəl­lüdlü, orta təhsilli. Hazırda Saatlı rayonundakı qaçqın şəhərciyində məskunlaşıb. Vaxtilə bənna işləyib. Söylədiyi mətnlər: Gəldim qa­yası. Toplayanlar. İ.Rüstəmzadə, Q.Qubadov.
Abdullayev İldırım Vəli oğlu, Tərtər rayonunun Əskipara kən­di, 1929-cu il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətn: Aşıq Valeh (II mətn). Toplayanlar: Q.Sayılov, V.Abıyev
Adıgözəlova Firək Abbasəli qızı, Cəbrayıl rayonunun Qov­şud­­­lu kəndi, 74 yaşlı. Söylədiyi bayatılar: 274-290. Toplayan: R.Xəlilov

Ağakişiyev Elxan Firid oğlu, Qubadlı rayonunun Qubadlı kəndi, 1952-ci il təvəllüdü, ali təhsilli. Söylədiyi tapmacalar: 30-33. Toplayan: E.Əmirli


Ağakişiyev Yermak Firid oğlu, Qubadlı rayonunun Qubadlı kən­di, 1942-ci il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətn: Mir Sədi ağa (III mətn). Toplayan: E.Əmirli
Ağaməmmədova Şəfiqə Zəkəra qızı, Ağdam rayonunun Sa­rac­lı kəndi, 1937-ci il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Gəlinin arzusu; Bədnəzər haqqında (IV və VI mətnlər); Axır çər­şənbə (I mətn); Ovçu oğlanla məleykə (I mətn). Toplayanlar: S.Qaybalı­yeva, T.Əliyeva
Ağayeva Hicran, Cəbrayıl rayonu, 54 yaşında, təhsilsiz. Türkə­ça­rəliklə məşğul olur. Bakı şəhəri Xətai rayonu 224 saylı baxçada məskunlaşıb. Söylədiyi mətnlər: Körpə uşağın qırxının tökülməsi; Göbəyin düşürülməsi; Uşağın dil açması; Gec yeriyən uşağın çilə­sinin kəsilməsi (I mətn); Həmzatlı qadın (I mətn); Sağsağan haq­qında. Toplayanlar: F.Qasımova, G.Canməmmədova
Allahverdiyev Allahyar İsa oğlu, Tərtər rayonunun Əskipara kəndi. Söylədiyi mətnlər: Kimin zəhəri güclüdür?; Bağışlanmaz gü­nah­kar; Hər kəs öz balasını apardı. Toplayanlar: Q.Sayılov, V.Abıyev
Allahverdiyeva Məryəm Mikayıl qızı, Zəngilan rayonu, 1942-ci il təvəllüdlü, orta təhsilli. Azərbaycan Dövlət Neft Akademiya­sının yataqxanasında məskunlaşıb. Söylədiyi nağıllar: Həzrət Əli; Üç bacı (I mətn). Toplayan: M.Abbasova
Allahverdiyeva Tərlan Mikayıl qızı, Zəngilan rayonunun Mə­lik­li kəndi, 1934-cü il təvəllüdlü, orta təhsilli. Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında məskunlaşıb. Söylədiyi nağıl: Əyri tut ağacı. Toplayan: M.Abbasova
Allahverdiyeva Zeynəb, Ağdam rayonunun Sarıcalı kəndi. Söylədiyi mətn: İlan haqqında (II mətn). Toplayanlar: S.Qaybalı-yeva, T.Əliyeva
Allahverdiyeva Zümrüd Nəcəfqulu qızı, Cəbrayıl rayonunun Sirik kəndi, 1935-ci il təvəllüdlü, orta təhsilli. Vaxtilə kitabxanaçı işləyib. Hazırda İmişli rayonundakı qaçqın şəhərciyində məskun­laşıb. Söylədiyi mətnlər: Hacı Qaraman (II-III mətnlər); Hacı Qa­sım Çələbi (VI-VII mətn­lər); Yasin Çələbi (I mətn); Seyid Həmzə Nigari (I mətn). Topla­yan­lar: İ.Rüstəmzadə, Q.Qubadov.
Aslanova Nəzakət Əvəz qızı, Füzuli rayonunun Yuxarı Seyid Əhmədli kəndi, 1954-cü il təvəllüdlü, təhsilsiz. Füzuli rayonunun Örən­qala qəsəbəsində məskunlaşıb. Söylədiyi bayatılar: 90-92. Topla­yan: M.Abbasova

Atakişiyeva Səkinə Sabir qızı, Zəngilan rayonunun Vəliqulu­bəyli kəndi, 1962-ci il təvəllüdlü, orta təhsilli. Sabirabad rayonun­dakı qaçqın şəhərciyində məskunlaşıb. Söylədiyi mətnlər: Hal (VIII mətn); Milçək süfrəyə niyə tez gəlir?; Peyğəmbər və qızı; Bədnəzər haqqında (II mətn). Toplayan: M.Abbasova


Babayev Aydın Şirin oğlu, Şuşa rayonunun Xanallar (İman­qu­lular) kəndi, təvəllüdü 1932, təhsilsiz. Hazırda Cəlilabad rayo­nu­nun Uzuntəpə kəndində məskunlaşıb. Söylədiyi mətnlər: Ülkər ul­du­zu (II mətn); Yeddilər; Karvanqıran ağac; Quyruq dondu (II mətn); Yazın qırxbeşi; Alı qazan gəzdirən kimi nə gəzdirirsən; Aşıq Abbas (I-II mətnlər). Toplayan: E.Abbasov
Babayev Məhəmməd, Ağdam rayonunun Üçoğlan kəndi. Söy­lədiyi bayatılar: 259-271. Toplayan: R.Xəlilov
Babayev Tofiq Atakişi oğlu, Ağdam rayonunun Xındırıstan kəndi, 1934-cü il təvəllüdlü, orta ixtisas təhsilli. Söylədiyi mətn: Yedilər, içdilər, dağılışdıq. Toplayan: S.Hüseynova
Babayeva Sahilə Tofiq qızı, Ağdam rayonu, 1961-ci il təvəl­lüdlü, orta-ixtisas təhsilli. Söylədiyi mətn: Dələdəsmal oyunu. Toplayan: S.Hüseynova
Baxşəliyeva Gülənbər, Qubadlı rayonu, təvəllüdü 1948. Söy­lədiyi mətnlər: Mir Sədi ağa (I-II mətnlər); Oğlan-qız dərəsi. Bayatılar: 151-164. Toplayan: E.Əmirli
Cəfərova Flora Bahadır qızı, Ağdam rayonunun Xındırıstan kəndi, 62 yaş, orta təhsilli. Söylədiyi mətnlər: Bayatılar: 340-347. Nəğmələr, mərsiyələr: Cənabi Əli-Əkbərin sinədanı. Toplayanlar: S.Qaybalıyeva, T.Əliyeva.

Cəfərova Siranuş, Ağdam rayonunun Poladlı kəndi, təvəllüdü 1927, evdar qadın. Söylədiyi mətnlər: Heyvanların padşahı; Söyüd niyə utanır? Toplayan: İ.Qasımov


Əhmədova Müzəyyə, Cəbrayıl rayonu. İmişli rayonunun Bəh­rəmtəpə qəsəbəsində məskunlaşıb. Söylədiyi bayatılar: 64-70. Toplayanlar: S.Qarayev, H.Quliyev
Əliyev Aydın Həsən oğlu, Tərtər rayonu, 1933-cü il təvəl­lüd­lü. Söylədiyi mətnlər: Bic Qənbər haqqında lətifələr. Topla­yan­lar: Q.Sayılov, V.Abıyev
Əliyev Baxşeyiş Süleyman oğlu, Tərtər rayonunun Evoğlu kəndi, 63 yaş. Söylədiyi mətn: Seyid Məmməd ağa. Toplayanlar: L.Süleymanova, T.Orucov
Əliyev Xasay, Şuşa rayonunun Xanallar (İmanqulular) kəndi, 1939-cu il təvəllüdlü, orta ixtisas təhsilli. Cəlilabad rayonunun Uzun­təpə kəndində məskunlaşıb. Söylədiyi mətn: Siz sağ olun. Toplayan: E.Abbasov
Əliyev Sabir İslam oğlu, Tərtər rayonunun Təzəkənd kəndi, 1957-ci il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətn: Gəzəyən arvad. Toplayan: S.Hüseynova
Əliyev Vəliqulu, Zəngilan rayonunun Məşədismayıllı kəndi, 1936-cı il təvəllüdlü. Bakıxanov qəsəbəsində 4 saylı yataqxanada məskunlaşıb. Söylədiyi mətn: On iki qardaşın nağılı; Kasıb oğlan. Topla­yanlar: S.Qarayev, H.Quliyev.
Əliyeva Güllər, Cəbrayıl rayonu. İmişli rayonunun Bəhram­təpə qəsəbəsində məskunlaşıb. Söylədiyi bayatılar: 57-63. Topla­yanlar: S.Qarayev, H.Quliyev.
Əliyeva Kəmalə Köçəri qızı, Tərtər rayonunun Evoğlu kəndi, 1970-ci il təvəllüdlü, evdar qadın. Söylədiyi mətnlər: Mərasimlər, ovsunlar: Axır çərşənbə (IV mətn). İnamlar: Çinar ağacı; Çörək haqqında (I-II mətnlər). Yasaqlar: 21-23. Bayatılar: 383-388. Toplayanlar: L.Süley­ma­nova, T.Orucov
Əliyeva Səriyyə, Ağdam rayonunun Abdal-Gülablı kəndi, 78 yaşında, təhsilsiz. Hazırda Quzanlı qəsəbəsindəki qaçqın şəhərci­yində məskunlaşıb. Söylədiyi mətnlər: Əli bulağı və narlıq meşəsi (III mətn); Axır çərşənbə (III mətn). Toplayanlar: S.Qaybalıyeva, T.Əliyeva.
Əliyeva Şəhla Mustafa qızı, Cəbrayıl rayonunun Şükürbəyli kəndi, 62 yaşında, evdar qadın. Hazırda Xətai rayonu, Gəncə pros­pekti 224 saylı baxçada məskunlaşıb. Söylədiyi mətnlər: İnamlar: Rəqəmlə bağlı inam; Ağacı qorxutmaq. Düzgülər: 13. Toplayan­lar: F.Qasımova, G.Canməmmədova
Əliyeva Həvva, Şuşa rayonunun Xanallar (İmanqulular) kəndi, 45 yaşlı, orta təhsilli. Cəlilabad rayonunun Uzuntəpə kəndində məskunlaşıb. Söylədiyi mətn: Seyid Xəlil ocağı. Toplayan: E.Abbasov
Əsgərov Arif, Tərtər rayonu, 1950-ci il təvəllüdlü. Söylədiyi mətnlər: Atın züy tutanı; Top atsam, hara qaçassan? Müxtəlif şeir­lər: Məzahir Daşqınnan Şair Hacı; Qəmkeş Allahverdi; Şıxlı Qur­banla Şair Bəhmən; Aşıq Məhərrəmlə Salahlı Paşa; Aşıq Şəmşir. Toplayanlar: Q.Sayıov, V.Abıyev
Əsgərov Həşim Güləli oğlu, Ağdam rayonunun Abdal-Gülablı kəndi, 60 yaşında, orta təhsilli. Hazırda Quzanlı qəsəbəsindəki qaçqın şəhərciyində məskunlaşıb. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər: Cin haqqında (VII mətn); Damcı bulaq; Abdal Qasımın qoçaqlığı; Qasımın atıcılığı; Aşıq Valeh (I mətn). Lətifələr: Bəy kimi yal yalıyır; Qasımın andı; Nə bilim sənin ağan qamışlıqda gizlənib. Toplayanlar: S.Qaybalıyeva, T.Əliyeva
Əsgərov Köçəri Güləli oğlu, Ağdam rayonunun Abdal-Gülablı kəndi, 57 yaşında, orta təhsilli. Hazırda Quzanlı qəsəbəsindəki qaç­qın şəhərciyində məskunlaşıb. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər: Əli bulağı və nar­lıq meşəsi (II mətn); Abdal kəndi; Erməni-müsəlman müharibə­sində Abdal Qasımın fəaliyyəti; Qasım necə olur oğurluq edir; Qara Qa­sım. Lətifələr: Qoyunlar Müseyibin pəyəsində olacaq; Mən bu vaxta qalan döyüldüm. Topla­yanlar: S.Qaybalıyeva, T.Əliyeva
Əzizbəyov Arif, Tərtər rayonu. Söylədiyi mətn: Deyərdim, elə mənim atımdı. Toplayanlar: Q.Sayılov, V.Abıyev
Fərzalıyev Həsrət Qulu oğlu, Zəngilan rayonunun Əmirxanlı kəndi, 1936-cı il təvəllüdlü, orta təhsilli. Sabirabad rayonundakı qaç­qın şəhərciyində məskunlaşıb. Söylədiyi nətnlər: Kəblə İsmayıl; Qız qalası (II mətn); Yazıya pozu yoxdur (II mətn). Toplayan: M.Abbasova
Fərzalıyeva Şövkət Qulu qızı, Zəngilan rayonunun Əmirxanlı kəndi, 1926-cı il təvəllüdlü, orta təhsilli. Vaxtilə fermada sağıcı işlə­yib. Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında məs­kun­laşıb. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər: Kəblə Fərzalı; Qız qalası (I mətn); Qaçaq Nəbi (I mətn); Mərasimlər, ovsunlar: Yas adətləri (V mətn). Ba­ya­tılar: 118-124. Toplayan: M.Abbasova
Hacıyev Şakir, Cəbrayıl rayonu, 67 yaşında. Söylədiyi mətn: Hacı Arab ziyaratgahı. Toplayanlar: F.Qasımova, G.Canməm­mədova
Həsənov Halay Xanlar oğlu, Laçın rayon sakini, təvəllüdü 1932. Hazırda Saatlı rayonundakı qaçqın şəhərciyində məskunlaşıb. Söylədiyi mətnlər: Seyid Həmzə Nigari (II mətn); İlan qayası; Soltan bəy An­dranikin dəstəsini necə mühasirəyə salır? (I mətn); Dəryadan çıxan əl (II mətn); Bəhlul evlənmək istəmir. Toplayanlar: İ.Rüstəmzadə, Q.Qubadov.
Həsənov Yaqub Xəlil oğlu, Ağdam rayonunun Sayıbalı kəndi, 1939-cu il təvəllüdlü, natamam orta təhsilli. Hazırda Cəlilabad ra­yo­nunda məskunlaşıb. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər: Fatma ananın hanası; Karvanqıran ulduzu (II mətn). Nağıllar: Yazıya pozu yoxdur (I mətn). Toplayan: E.Abbasov.
Həsənova Elba Həsən qızı, Füzuli rayonunun Horadiz kəndi, 1945-ci il təvəllüdlü, təhsilsiz. Füzuli rayonunun “Qayıdış” qəsəbə­sində məskunlaşıb. Söylədiyi mətnlər: Bayatılar: 93-95. Laylalar, nazlamalar: 11. Düzgülər: 13. Toplayan: M.Abbasova
Həsənova Hürü Balaca qızı, Zəngilan rayonunun Sobu kəndi, 63 yaşında. Xətayi rayonu Zığ şossesindəki 14 saylı yataqxanada məskunlaşıb. Söylədiyi mətnlər: Qurd donuna girən qadın (I mətn); Ovun insana dönməsi; Şeytan (II mətn); Ovçu oğlanla məleykə (II mətn); Arvad, şilən durudu. Toplayanlar: S.Qarayev, H.Quliyev
Həsənova Nübar, Cəbrayıl rayonunun Çərəkən kəndi, 1926-cı il təvəllüdlü, təhsilsiz. Hacıqabul rayonunun Nəvahi qəsəbəsində məskunlaşıb. Bayatılar: 99-105. Toplayan: M.Abbasova
Həsənova Səlbinaz Təhməz qızı, Kəlbəcər rayonunun Əsrik kəndi, 1976-cı il təvəllüdlü, evdar qadın. Şamaxı rayonunun Çuxur­yurd kəndində məskunlaşıb. Söylədiyi bayatılar: 7-14. Toplayan: Bakı Avrasiya Universitetinin tələbəsi G.Həsənova
Həsənova Yaxşı, Füzuli rayonunun Arışanlı kəndi, 1933-cü il təvəllüdlü. Beyləqandakı qaçqın şəhərciyində məskunlaşıb. Söylə­diyi mətnlər: Nağıl: Allaha pənah. Bayatılar: 240-258. Lay­la­lar, nazlamalar: 8. Toplayanlar: F.Qasımova, G.Canməmmədova

Həşimov Mir Səlim Mir Ələkbər oğlu, Qubadlı rayonu, təvəl­lüdü 1935. Söylədiyi mətnlər: Cin haqqında (II mətn); Süley­man peyğəmbərin üzüyü; İmamzadə piri (I-III mətnlər); Məm­mədli ocağı; Seyid Məhəmməd bulağı; İlan haqqında (III mətn); Topla­yan: E.Əmirli


Hümbətov Hümbət Əbdülkərim oğlu, Cəbrayıl rayonunun Çərəkən kəndi, 1924-cü il təvəllüdlü. Vaxtilə dəmiryolunda çalışıb. Hazırda Hacıqabul rayonunun Nəvahi qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər: Məhəm­məd peyğəm­bərin ölümü; Həzrət Əli və Yezid. Nağıllar: Yazıya pozu yoxdur (III mətn); Bəhlul Danəndənin qardaşlığı; Allahdan istəyən qız; Hər işin başı səbrdir; Şah Abbasla dərvişlər; Kimin yalanı uzun olar? Lətifələr: Bir yana çıxarıq; Eşşək elə sənin eşşəyindi; Apar ulağı suvar; Eşşək, sənə deyirəm, qonaq, sən eşit; Söz yarası. Tapmacalar: 34-39. Bayatılar: 96-98. Laylalar, nazlamalar: 27-32. Düzgülər: 10-12. Nəğmə­lər, mərsiyələr: İmamlar haqqında. Toplayan: M.Abbasova
Hümbətova Teyfə Zal qızı, Tərtər rayonunun İrəvanlı kəndi, 1936-ci il təvəllüdlü. 1948-cu ildə Vedi rayonunun Gilənnar kən­dindən departasiya olunub. Söylədiyi mətnlər. Bayatılar: 178-197. Nəğmələr, mərisyələr: Haxışta. Müxtəlif şeirlər: Yar gələ. Toplayan: S.Hüseynova.
Hüseynov Alkərəm Fərrux oğlu, Cəbrayıl rayonu, Sirih kəndi, 1940, orta təhsilli, sürücü işləyib. Hazırda İmişli rayonundakı qaç­qın şəhərciyində məskunlaşıb. Söylədiyi mətnlər: Bismillahsız açı­lan süfrə; Hacı Qaraman (IV-V mətnlər); Hacı Qasım Çələbi (I-V mətnlər); Alı Çələbi (I mətn); Yasin Çələbi (II mətn); Həvəzə Çələbi; Düldül piri. Toplayanlar: İ.Rüstəmzadə, Q.Qubadov.
Hüseynov Hatəm İsmayıl oğlu, Tərtər rayonunun İrəvanlı kəndi, 71 yaşında, Orta ixtisas təhsilli. Söylədiyi mətn: Toyuq niyə uça bilmir? Toplayan: S.Hüseynova
Hüseynov Güləhməd Bayram oğlu, Füzuli rayonunun Mah­mud­lu kəndi, 74 yaş. Söylədiyi mətn: Bəsdi, şirin çay elədin. Top­layan: M.Abbasova
Hüseynov Vaqif Paşa oğlu, Tərtər rayonunun İrəvanlı kəndi, 1946-cı il təvəllüdlü. Söylədiyi mətn: Sarıcalı kəndi. Toplayan: S.Hüseyova
Hüseynova Mədinə Bayram qızı, Füzuli rayonunun Mahmud­lu kəndi, 1926-cı il təvəllüdlü, təhsilsiz. Hazırda Füzuli rayonunun Əhmədbəyli kəndində məskunlaşıb. Söylədiyi mətnlər: Mifoloji mətn: İtə dönmüş insanlar. Mərasimlər, ovsunlar: Qorxunu götür­mək (V mətn). Yasaqlar:14, 15, 16, 17, 18, 19, 20. Nağıllar: Üç bacı (II mətn); Canavar, qoyun və at; Tülkü və canavar; Siçan qoz oğur­lamağa gedir. Lətifələr: Nadir tapıntı; Heş mənimki də ağıllı deyil; Mən gəlmişəm Alı bəyə baş çəkəm. Bayatılar: 109-116. Laylalar, nazlamalar: 11-16. Düzgülər: 7, 8. Toplayan: M.Abbasova
Hüseynova Minarə Məhəmməd qızı, Tərtər rayonunun İrə­van­lı kəndi, 1948-ci il təvəllüdlü. 1959-cu ildə Vedi rayonunun Ağ­kənd kəndindən departasiya olunub. Söylədiyi mətnlər: Tapmaca­lar. 40-45. Laylalar, nazlamalar: 4, 18-21. Müxtəlif şeirlər: Gəlin-qayınana sözləri: 1, 2. Toplayan: S.Hüseynova
Hüseynova Zərifə Göyüş qızı, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi, təvəllüdü 1937. Hazırda Biləsuvar rayonundakı qaç­qın şəhərciyində məskunlaşıb. Söylədiyi mətnlər: Nuhun tufanı; Süleyman və Bilqeyis; İsa peyğəmbər; İsmayıl peyğəmbər; Veysəl Qərani; Hacı Qaraman (I mətn). Toplayan: Bakı Avrasiya Univer­sitetinin tələbəsi E.Nəcəfov.

İbadov Qabil Alı oğlu, Laçın rayonunun Kürdhacılı kəndi, tə­vəl­lüdü 1933. Vaxtilə kolxozda işləyib. Hazırda Şəki rayonunda məs­kunlaşıb. Söylədiyi mətnlər: İsgəndər (II mətn); Nadir şah; Aşıq Ələsgər; Qaçaq Nəbi (II mətn); Ala inək. Toplayan: L.Süleymanova


İbadova Pakizə Cavanşir qızı, Laçın rayonunun Kürdhacılı kəndi, təvəllüdü 1936. Hazırda Şəki rayonunda məskunlaşıb. Söy­lə­diyi mətnlər: Cin haq­qında (V-VI mətnlər); Tas qurma (I mətn). Bayatılar: 1-6. Toplayan: L.Süleymanova
İbrahimova Minayə Məhəmməd qızı, Kəlbəcər rayonu, 1936-cı il təvəllüdlü, orta təhsilli. Hazırda Füzuli rayonunun Zobucuq qəsə­bə­sində məskunlaşıb. Söylədiyi mətnlər: Hal (VII mətn); Peyğəm­bərin meraca getməsi; Şıx Həsən (I-IV mətnlər); Qurdağzı bağlama (II mətn); Günəşi çağırmaq (I-II mətnlər); Xəncərin şahidliyi (II mətn); Hacı Şirin haqqında lətifələr. Toplayan: M.Abbasova
İmanova Qızbəs Kərim qızı, Füzuli rayonunun Horadiz kəndi, 1958-ci il təvəllüdlü, təhsilsiz. Daşdurunda məskunlaşıb. Söylə­diyi mətn: Xan kəhrizi. Toplayan: M.Abbasova
İsfəndiyarova Nazənin, Zəngilan rayonunun Əmircanlı kəndi, 1932-ci il təvəllüdlü, orta təhsilli. Azərbaycan Dövlət Neft Akade­miya­sının yataqxanasında məskunlaşıb. Söylədiyi bayatılar: 125-136. Laylalar, nazlamalar: 1, 2, 3. Top­layan: M.Abbasova
İsgəndərova Elmira Rasim qızı, Zəngilan rayonunun Qızılca kəndi, 1974-cü il təvəllüdlü, orta təhsilli. Bakı şəhəri 39 saylı mək­təbin yardımçı binasında məskunlaşıb. Söylədiyi mətnlər: Goreşən; Sarı Aşıq. Mərasimlər, ovsunlar: Həmzatlı qadın (II-III mətnlər); Qurdağzı bağlama (I mətn); Dumanı qovma; Bədnəzər haqqında (I mətn); Qorxunu götürmək (I mətn); Ruh tutma (I mətn); Yas adət­ləri (I-IV mətnlər); Toy adətləri (I mətn); Axır çərşənbə (II mətn). İnamlar: Pişiklə bağlı inamlar (I-IV mətnlər). Nağıl: Əcəldən qaç­maq olmaz (I mətn). Toplayan: M.Abbasova

İsmayılova Dəstəgül Abdulla qızı, Füzuli rayonunun Alıxanlı kəndi. Hazırda Cəlilabad rayonunun Ocaqlı kəndində məskunlaşıb. Söylədiyi bayatılar: 233-239. Toplayanlar. B.Hüseynov, E.Abbasov


İsmayılova Xanımnaz Həsən qızı, Tərtər rayonunun İrəvanlı kəndi, 1950-ci il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətnlər: Toy adət­ləri (II mətn); Şah Abbasın anası kimi zarıma; Nə baş yarmı­san, nə başın yarılıb; Bundan başqa doqquzcağı qalıb; Hacı bilər, hələ dinməz; Şir gəlir aslan üstünə. Bayatılar: 201-214. Toplayan: S.Hüseynova
Kalbalıyev Musa İsmayıl oğlu, Laçın rayonunun Sadınlar kən­di, təvəllüdü 1954, orta təhslilli. Vaxtilə çoban olub. Hazırda Saat­lı rayonundakı qaçqın şəhərciyində məskunlaşıb. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayət­lər: Qaraçuxa (I mətn); Qoyun, qarnınız doymasın (I mətn); Peyğəmbərin iti və tütəyi; Əli bulağı; Xoçaz qayası; Qoç Navır; Soltan bəy Andranikin dəstə­sini necə mühasirəyə salır? (II mətn); Paqarat ermənisi. Mərasim və ovsun­lar: Tüfəngin çiləyə düşməsi. Nağıllar: İnsanın tamahı; Kim çox yeyər? Lətifələr: Çata bilirəm görəm kimindi? Toplayanlar: İ.Rüstəmzadə, Q.Qubadov.
Kamalova Salatın, Tərtər rayonunun İrəvanlı kəndi, 79 yaş. Söylədiyi mətn: Naxırçının nağılı. Toplayan: S.Hüseynova
Kərimova Səfurə Paşa qızı, Tərtər rayonunun Qapanlı kəndi, tə­vəl­lüdü 1935. Söylədiyi bayatılar: 198-200. Toplayan: S.Hüseynova

Mamedova Abuzəndə Bəhman qızı, Kəlbəcər rayonu, 1933-cü il təvəllüdlü, evdar qadın. Buzovna qəsəbəsində məskunlaşıb. Söylə­di­yi bayatılar: 15-28. Toplayan: G.Həsənova


Mehbalıyev Nizaməddin Dəsgirəli oğlu, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi, təvəllüdü 1952, orta təhsilli. Hazırda Bilə­su­var rayonunda məskunlaşıb. Söylədiyi mətnlər: Ülkər ulduzu (I mətn); Sağmal ulduzu; Quyruq dondu (I mətn). Toplayan: E.Abbasov

Məmmədov Allahverdi, Ağdam rayonunun Zəngişallı kəndi, 58 yaşında, ali təhsilli. Söylədiyi mətnlər: Sofu Rüstəm piri; Eşq-Abdal piri; Mat qalmışam. Toplayanlar: S.Qaybalıyeva, T.Əliyeva.


Məmmədov Ələsgər Əsgərxan oglu, Kəlbəcər rayonunun Əs­rik kəndi, 1970-ci il təvəllüdlü. Hazırda Buzovna qəsəbəsində məskunlaşıb. Söylədiyi tapmacalar: 22-29. Bayatılar: 41-45. Toplayan: G.Həsənova
Məmmədov Oruc Cümşüd oğlu, Cəbrayıl rayonunun Çapat kəndi, 1932-ci il təvəllüdlü. Söylədiyi nağıllar: Balığı at dəryaya, balıq bilməsə, xalıq bilər; Qızıl axtaran Məhəmməd; Xəncərin şahid­liyi (I mətn). Toplayanlar: S.Qarayev, H.Quliyev
Məmmədov Camal İnqilab oğlu, Tərtər rayonu, 54 yaş. Söy­lə­diyi mətnlər: Bədnəzər haqqında (IX mətn). Toplayanlar: L.Sü­ley­manova, T.Orucov
Məmmədova Ağıcı İsgəndər qızı, Kəlbəcər rayo­nunun Əsrik kəndi, təvəllüdü 1929, evdar qadın. Hazırda Buzovna qəsə­bəsində məskunlaşıb. Söylədiyi bayatılar: 29-40. Toplayan: G. Həsənova
Məmmədova Tamam Hüseyn qızı, 1930-cu ildə Vedi rayo­nu­nun Yenicə kəndində anadan olub, təhsilsiz. 1953-cü ildə Ermənis­tandan deportasiya olunub. Hazırda Tərtər rayonunun İrəvanlı kən­din­də məskunlaşıb. Söylədiyi mətnlər: Bədnəzər haqqında (III mətn); Kürd qızına vurulan oğlan. Bayatılar: 215-222. Müxtəlif şeirlər: Altı qıza tərif. Toplayan: S.Hüseynova
Məmmədova Zərnigar İmaməli qızı, Ağdam rayonunun Yu­sif­canlı kəndi, təvəllüdü 1918. Söylədiyi bayatılar: 80-89. Toplayanlar: S.Qarayev, H.Quliyev.
Məmmədova Ziba Əhməd qızı, Cəbrayıl rayonu­nun Dağ Tumas kəndi, 1930-cu il təvəllüdlü, yeddi illik təhsil, evdar qadın. Hazırda İmişli rayonundakı qaçqın şəhərciyində məskunlaşıb. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayət­lər: Qurd donuna girən qadın (II mətn); Zəmzəm suyu; Balığın qarnı niyə qaradır? Fatma nənə. Əfsanə və rəva­yət­lər: Alı Çələbi (II-III mətnlər); Tumas ata (I-II mətnlər); Dərviş Pirim; Aşıq qəbri; Devlər sarayı. İnamlar: Cin dəyişəyi. Bayatılar: 390-397. Topla­yanlar: İ.Rüstəmzadə, Q.Qubadov.
Mirzəyev Əyyub Lətif oğlu, Ağdam rayonunun Keşdaz kəndi, 85 yaşında. Vaxtilə ferma müdiri işləyib. Hazırda Xətai rayonu, Gəncə prospekti 224 saylı baxçada məskunlaşıb. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayət­lər: Qabartdı çayı; Muradbəyli kəndi; Eyvazxan­bəyli kəndi; Pənah xan. İnamlar: Canavar haqqında. Toplayanlar: F.Qasımova, G.Canməmmədova
Nəsirova Əfiqə Hilal qızı, Ağdam rayonunun Əfədli kənd, 56 yaşında, orta ixtisas təhsilli. Söylədiyi bayatılar: 353-374. Topla­yan­lar: S.Qaybalıyeva, T.Əliyeva
Novruzov Şahsuvar İslam oğlu, Qubadlı rayonu, təvəllüdü 1929. Söylədiyi mətnlər: Süleyman peyğəmbərin ölümü; İbrahim peyğəmbər. Toplayan: E.Əmirli
Orucova Raya İslam qızı, Tərtər rayonunun Evoğlu kəndi, təvəl­lüdü 1942. Söylədiyi mətnlər: Mərasimlər, ovsunlar: Gec yeri­yən uşağın çiləsinin kəsilməsi (II mətn); Yağışı kəsdirmək. Bayatılar: 165-177. Toplayanlar: L.Süleymanova, T.Orucov
Orucova Mənsurə Çərkəz qızı, Tərtər rayonunun Evoğlu kəndi, 1936-cı il təvəllüdlü. Söylədiyi mətnlər: Lətifələr: Özləri öz əməllərinə tuş oldu. Tapmacalar: 58-60. Toplayanlar: L.Süleyma­nova, T.Orucov

Paşayeva Əsli Kazım qızı, Ağdam rayonunun Çəmənli kəndi, 80 yaşlı. Söylədiyi tapmacalar: 46-57. Toplayan: R.Xəlilov


Qarayev Pənah Balaxan oğlu, Füzuli rayonunun Zərgər kəndi, 55 yaşında. Söylədiyi mətn: Bişibitdənin nağılı. Toplayanlar: S.Qarayev, H.Quliyev.
Qarayeva Mehriban Balaxan qızı, Füzuli rayonunun Zərgər kəndi, 62 yaşında. Söylədiyi mətnlər: Tülküdən qorxan Əhmədin nağılı; Dana, keçi və toğlu; Dəvə, xoruz və eşşəyin nağılı; Tülkü, tısbağa və dəvə. Toplayanlar: S.Qarayev, H.Quliyev.
Qarayeva Məxmər Mürşüd qızı, Füzuli rayonunun Zərgər kəndi, 67 yaşında. Bakıxanov qəsəbəsindəki 5 saylı yataqxanada məskunlaşıb. Söylədiyi mətnlər. Nağıllar: Gudulun nağılı. Baya­tılar: 46-56, 71-79. Toplayanlar: S.Qarayev, H.Quliyev.
Qasımov Şirin Oruc oğlu, Cəbrayıl rayonunun Əmirvarlı kəndi, təvəllüdü 1950, orta təhsilli. Hazırda Saatlı rayonundakı qaçqın şəhərciyində məskunlaşıb. Söylədiyi mətnlər: Hal (III-IV mətnlər); Ülkər ulduzu (III mətn); Çoban ulduzu; Karvanqıran ulduzu (I mətn); Qoyun, qarnınız doymasın (II mətn); Hacı Qara­man (VI mətn); Hacı Qasım Çələbi (VIII mətn); Əmirvarlı; Dəvə kəsən Məmmədli; Pəhlivanlar haqqında (I-III mətnlər). İlan tutan seyidlər (I mətn); Bəyquş haqqında (I mətn); Dəryadan çıxan əl (I mətn). Toplayanlar. İ.Rüstəmzadə, Q.Qubadov.
Qədimov Paşa Hüseyn oğlu, Tərtər rayonunun Hacallı kəndi, 91 yaşında. Söylədiyi mətnlər: Lətifələr: Çalın, zurnaçılarım, çalın; Uza­dersan, uzat da. Müxtəlif şeirlər: Durnam. Toplayan: S.Hüseynova
Qədimova Bənövşə Mürsəl qızı, Tərtər rayonunun Hacallı kəndi, 85 yaşında, orta təhsilli. 1948-ci ildə Vedi rayonunun Yellicə kəndindən deportasiya olunub. Söylədiyi mətnlər: Nağıllar: Qalaq­lıq­da yeyilən ehsan. Lətifələr: Altı daş, üsdü aş, yenə də oğul yax­şı­dır; Saqqız satan, qırsatan, bir də rəhmətlik sənin atan. Toplayan: S.Hüseynova

Quliyeva Əntiqə, Ağdam rayonunun Əfəddi kəndi, 78 yaşın­da, orta təhsilli. Söylədiyi mətnlər: Yasaqlar: 12. Bayatılar: 348-352. Toplayanlar: S.Qaybalıyeva, T.Əliyeva.


Quliyev Məmməd Zülfüqar oğlu, Ağdam rayonunun Zəngişallı kəndi, 1935-ci il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Qızların özünü öldürməsinin qarşısı necə alınır?; Bu mənim eşşəyimə oxşa­yır. Toplayanları: S.Qaybalıyeva, T.Əliyeva.
Qurbanov Əliqulu, Ağdam rayonunun Poladlı kəndi, 1925-ci il təvəllüdlü. Söylədiyi mətnlər: Abdal Qasım əmisi oğlunun qisası­nı alır; Zəhmətin qədri; Allah yetirsin; Aramızdan iki eşşək arabası keçər; Dişdək-dişdək edib. Toplayan: İ.Qasımov
Qurbanova Diləfruz, Ağdam rayonunun Poladlı kəndi, təvəll­üdü 1931, təhsilsiz. Söylədiyi bayatılar: 319-328. Toplayan: İ.Qasımov
Sadıqov Güloğlan İbrahim oğlu, Tərtər rayonu, 1968-ci il təvəllüdlü. Yas mərasimlərini aparır. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayət­lər: Məhəmməd peyğəmbər və Əzrayıl; Ən şərafətli insan; Seyid Əzizə ağa (I-III mətnlər), Süleyman və kirpi; İsgəndər (I mətn); Qismətdən qaçmaq olmaz; Əcəldən qaç­maq olmaz (III mətn); Toplayanlar: L.Süleymanova, T.Orucov
Seyid Sərxan, Ağdam rayonunun Əfəddi kəndi, 58 yaş, orta təhsilli. Söylədiyi mətnlər: Qara daşın içindəki qurt; Peyğəmbər və çoban; Yas adətləri (VI-VIII mətnlər). Toplayanlar: S.Qaybalıyeva, T.Əliyeva.
Səfərova Gözəl, Ağdam rayonunun Qaradağlı kəndi, təvəl­lüdü 1918, evdar qadın. Söylədiyi mətnlər: Ən şirin qadın; Çinar niyə ucadı?; Ölmüş itə bir təpik. Bayatılar: 316-318. Toplayan: İ.Qasımov

Səmədov Mürsəl Əhməd oğlu, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi, 1934-cü il təvəllüdlü. Söylədiyi mətn: Hal (XI mətn), Kor kişinin nağılı. Toplayan: E.Nəcəfov.


Süleymanov Telman Qara oğlu, Cəbrayıl rayonunun Karxulu kəndi, təvəllüdü 1939, orta təhsilli. Hazırda Saatlı rayonundakı qaç­qın şəhərciyində məskunlaşıb. Söylədiyi mətnlər: Mifoloji mətn­lər, əfsanə və rəvayət­lər: İnsanın yaranması; Qaraçuxa (II mətn); Şeytan (I mətn); Hal (V mətn); Cin haqqında (III mətn); Lələ haq­qında (I-III mətnlər); Maymaan çinarı. İnamlar: Bəyquş haqqında (II mətn); Nağıllar: Altı şahılıq ruzu (II mətn); Şah Abbas və naxırçı qızı; Əcəldən qaçmaq olmaz (II mətn). Toplayanlar. İ.Rüs­təmzadə, Q.Qubadov.
Süleymanova Xanım Salman qızı, Ağdam rayonunun Güllücə kəndi, təvəllüdü 1958. Bayatıları atasından eşidib. Hazırda Bakı şəhərində yaşayır. Söylədiyi bayatılar: 225-231. Toplayanlar: B. Hüseynov, E.Abbasov
Şahbazov Əliəşrəf Xəlil oğlu, Tərtər rayonunun İrəvanlı kəndi, 90 yaşında. Söylədiyi nağıl: İki yolçuynan dərviş. Toplayan: S.Hüseynova
Şahbazova Südabə Əliəşrəf qızı, Tərtər rayonunun İrəvanlı kəndi, 1961-ci il təvəllüdlü. Söylədiyi nağıl: Allah görür. Toplayan: S.Hüseynova
Şəmilova Dursun, Tərtər rayonunun Borsulu kəndi, 80 ya­şın­da. Söylədiyi bayatılar: 290-315. Toplayan: R.Xəlilov
Şükürova Firuzə Hətəm qızı, Kəlbəcər rayonu, 1942-ci il təvəl­lüdlü, orta təhsilli. Beyləqan rayonunun Dünyamalılar kən­dind­ə məskunlaşıb. Söylədiyi mətnlər: Hal (IX-X mətnlər); Şıx Həsən (V-VIII mətnlər). Toplayan: M.Abbasova

Verdiyeva Simuzər Məhəmməd qızı, Kəlbəcər rayonunun Əsrik kəndi, təvəlldü 1934. Şamaxı rayonunun Çuxuryurd kəndində məs­kunlaşıb. Söylədiyi mətnlər: Tapmacalar: 1-21. Düzgülər: 1-5. Toplayan: G.Həsənova


Xanalıyev Əlyar Xanalı oğlu, Füzuli rayonunun Mahmudlu kəndi, 1942-ci il təvəllüdlü. Vaxtilə kolxozda çalıb. Füzuli rayonu­nun “Qayıdış” qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Şeşə buynuzlar bizi yeyəcək; Xələfşə armudu. Toplayan: M.Abbasova
Xudiyeva Filyar Hüseyn qızı, Ağdam rayonunun İsmayılbəyli kəndi, 1926-cı il təvəllüdlü. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayət­lər: Əli bulağı və narlıq meşəsi; Hal (I-II mətnlər); Cin (I mətn). İlan tutan seyidlər (II mətn); Tas qurma (II mətn). Nağıllar: Seyfəl­mülkün nağılı; Qaraçuxasını axta­ran oğlan; Dəmirçinin əli niyə odda yanmır?; Allah xofu; Altı şahılıq ruzu (I mətn); Qaraçuxa və ağıllı qız; Süleyman və qoca dünya. Topla­yanlar: S.Qarayev, H.Quliyev.
Yadigarov Namaz Əyyub oğlu, Füzuli rayonunun Horadiz kəndi, 1959-cu il təvəllüdlü, orta təhsilli. Hazırda Füzuli rayonunun Zobucuq qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: İmamzadə; Göyzəlli adam. Toplayan: M.Abbasova
Zeynalova Səfura Cəfər qızı, Ağdam rayonunun Xındırıstan kəndi, 79 yaşında, orta təhsilli. Söylədiyi mətn: Həmzatlı qadın (IV mətn); Suyun mələkləri. Laylalar, nazlamalar: 12. Toplayanlar: S.Qaybalı­ye­va, T.Əliyeva.
Ziyadova Sərfinaz Əhmədxan qızı, Füzuli rayonunun Gecə­gözlü kəndi, 1950-ci il təvəllüdlü, orta təhsilli. Beyləqan rayonunun Milabad üzümçülük savxozunda məskunlaşıb. Söylədiyi mətnlər: Cin haqqında (IV mətn); Yağış yağdırmaq (IV mətn); Ruh tutma (II mətn); İlan haqqında (I mətn). Bayatılar: 106-108. Toplayan: M.Abbasova


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin