25. ƏN ŞİRİN QADIN
Rəvayətə görə, Allah dünyanı yaradanda əvvəlcə dağı, daşı, suyu, otu, torpağı yaradıf, soram da yüz kişi yaradıf. Bu kişilərin hərəsinə bir sənət verif deyir ki, indi gedin yaşıyın. Kişilərin hərəsi bir işnən məşğulmuşdar. Amma gejələr darıxırmışdar. Onnar yığışıf gedillər Allahın yanına. Deyillər ki, ay Allah, saa qurvan olax, sən bizi yaradıf hərəmizə bir iş verifsən, amma işdən sora bilmirik nağayrax. Allah munnarı eşidif ollara yüz kadın yollayır. Yüz qaşıx da bal verif yola salır ki, bu balı qadınnara verərsiz. Kişilər hər kadına bir qaşıx bal verillər. Amma birinə çatmır. Ollar gedillər Allahın yanına ki, bəs yüz qaşıx əvəzinə doxsan doqquzunu verifsiz. Allah deyir ki, yox əşi, belə şey olmaz, mən sizə yüz dənəsini vermişdim. Hə, nə isə. Allah olara daha bir qaşıx bal verif deyir ki, munu da aparın verin, qoy o bal yemiyən yesin. Amma mən burdan gördüm ki, kadınnardan biri iki qaşıx bal yeyif. O hamıdan şirindi, amma yerini sizə gösdərmiyəjəm. Axtarıf özünüz tapın. Kim onu tapsa, xoşbaxt olajax. O vaxdan bəri bütün kişilər xoşbaxt olmax üçün o şirin kadını (iki qaşıx bal yeyəni – top.) axtarmaxtadılar.
Dostları ilə paylaş: |