Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab


PEYĞƏMBƏRLƏR VƏ DİNİ ŞƏXSİYYƏTLƏR



Yüklə 2,66 Mb.
səhifə30/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   26   27   28   29   30   31   32   33   ...   238
PEYĞƏMBƏRLƏR VƏ DİNİ ŞƏXSİYYƏTLƏR

HAQQINDA
30. ADƏMİN OĞLANLARI
Adəm, deyilənnərə görə, dokquz yüz doxsan il yaşıyıp. Onun da oğlannarınnan biri onun sözünə baxmıyıpdı. Allah-taladan Adə­mə vəhy gəlip ki, o bacının birini alginən sora olan qardaşa, onun da bacısını al o birsinə. Deməh, birinin bacısı göyçəhiymiş. Deyip ki, gərəh mən öz bacımı özüm alam. Bının üsdündə mübahisə dü­şür, qardaşdardan biri o birini öldürür. Atasının sözünə baxmır, deyir ki, mən öz bacım­nan evlənəjəm. – Bı, binövrədən qalan şeylərdi, bala. Atanı eşit­məməh, kadınnarın paxıllığı, bıllar hamısı köhnədən sü­zü­lə-süzülə gəlipdi. Allah-talanın isdəyi, nuru Adəmə gəlipdi, Adəm­nən də insan­nara paylanıpdı. – Bı, qardaşını öldürür, alır çiyninə. Qardaş isdəyi o qədər güjdü olupdu ki, üş gün dalbadal çiyninnən yerə qoymur. Çiynində gəz­dirir, ağlıyır. Peşman olur daa ki, mən niyə öldürdüm qardaşımı qız­dan ötəri. Axır ki, fayda vermir. Gəlir oturur daşın üsdündə, bı da bının çiynində. Allah-tala mööcüzə yaradır, iki qarqa dalaşa-da­la­şa gəlir. Göydə başdıyır bir-birini vırmağa, bir-birini şül-küt eliyir, biri birini salır yerə. Ölür daa. Bına gösdərir daa. Deyir yanı görsün daa. Qarqa başdıyır ağlamağa. Ağlıyır, ayağıynan yeri eşir. O in­san­narı basırmax məsələsi də elə o vaxdan qalıp. Qarqanı da görən­nən sora deyir:

– Kül mənim başıma, qarqa öz qardaşını basırır, mən çiynimdə gəzdirirəm, iylənip.

Qəbir qazmax, insannarı basırmax da həmin vaxdan qalıp.


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin