Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə34/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   30   31   32   33   34   35   36   37   ...   238
34. QOYUN, QARNINIZ DOYMASIN
I mətn

Çoban qoyunnarı aparıf otarıf gətirirmiş. Süleyman peyğəm­bər axşam gəlirmiş, dilini bilirmiş da, soruşurmuş buyün çoban sizə nətər baxdı.

Deyif:

– Elə ağzımız ota çatanda bizi yığdı gətdi.



Çobana deyir. Çoban da deyir ki, and olsun Allaha, səhərdən axşamacan bu dağdan o dağa, o dağdan o dağa otarmışam. – Otuz il qoyun qırağında olmuşam, qoyunun qarnını doyurammamışam. – [Süleyman peyğəmbər] deyir ki, yağın çobandı, qoyuna baxmır. Çobana deyir:

– Sən paltarıı ver maa, mən paltarımı verim saa. Buyün özüm aparıf otarajam.

Qoyunu qatır qabağına bu yoncadan o yoncaya, o yoncadan o buğdaya, bu buğdadan o arpaya, o dağa, bu dağa. Vaxt gələndə gəti­rir. Paltarını dəyişif gedir qoyunun qavağına. Deyif:

– Buyün çoban sizə nətər baxıf?

Deyif:

– Gündə bunnan yaxşı baxırdı. Elə ağzımız çatan vaxdı yığdı gətdi.

Deyir:

– Səni görüm ayağın gəzsin, qarnın doyuf gözün doymasın, sənin dalınca gedən də yorulmasın.


II mətn

Deyilənə görə, Musa peyğəmbərin nəysə bir günahı oluf. O günahına görə Allah-tala deyif ki, yeddi gün qoyun otarassan. Yed­di gün, yeddi gejə qoyunu otarıf, gətirif qəhələ yığmax isdiyəndə peyinnihdə çıxan əvəlihdi, alax-ulaxdı, qoyun yapışıf buna. Deyif:

Səni yeddi gün, yeddi gejə mən qoymamışam yatasan, otarmışam. Ə, tit, – deyəndə qoyun qayıdır ki, pah, ağzımız indi ota çatmışdı, indi də bizi yığdılar içəri.

Onda Musa peyğəmbər ona qarğış eliyif. Deyif:

– Qoyun, sənin qarnın doymasın, dalınca gedən yorulmasın.

Həqqi də heylədi. Qırx kilometirdən qoyunu gətirirdih heç yorulmurdux, amma bir damcı yolu gedəndə yorulurux.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin