Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə38/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   34   35   36   37   38   39   40   41   ...   238
38. SÜLEYMAN VƏ KİRPİ
Rəvayətnən, Xızır peyqəmbər həyatda yaşıyır. Xızır peyqəm­bər dirilik suyunu içifdi. Hələ onu misal çəkiblər ki, Süleyman pey­qəmbərə də deyiblər, sən də bu suyu iç, sən də əbədi sağ qal. Ama Süleyman peyqəmbər bunu qəbul eləmiyib. Süleyman pey­qəm­bər bütün cannılara, bütün yaranmışlara, hamıya məsləhət, məş­vərət eliyibmiş. Məsləhət eləmədiyi bircə kirpi qalmış imiş. Hə, kirpini ça­ğırmağ üçün ata deyib ki, get kirpini çağır, ona sözüm var. At gedir kirpiyə deyir. Kirpi deyir ki, getmirəm. Süleyman pey­qəm­bər olsa da, mən ona lazımam, o gəlsin mənim yanıma. Gəlib de­yən­də Süleyman peyqəmbər itə deyir ki, get kirpiyə denən, gəlsin mənim yanıma. İt gedən kimi, kirpi gəlir. Kirpi deyir ki, ya Süley­man, səni eşidirəm, nə buyurursan? Deyir ki, səni mən bir ağıllı heyvan bilirdim, saa məsləhətim varıdı, tay indi sən nadan heyvan oldu­ğu­va görə, ta saa məsləhət eləmiyəjəm. Deyir ki, yox, nəyə görə maa nadan deyirsən? Deyir ki, ona görə ki, insannan sonra ikinci surat atın suratıdı, at namusdu, at qeyrətdi, at qəhrəmannıxdı, at muratdı. Bəs sən atın sözünü saymırsan, bütün dinlərdə it murdar sayılır, itin sözünə baxırsan. Deyir ki, ya Süleyman, atın başqa xü­su­siyyətləri var, itin başqa xüsusiyyətləri var. Deyir, atın xüsusiy­yəti odu ki, istiyər ki, sahibini yerə vursun, qaşsın. Hara bağlansa, onu qırsın qaşsın. Ama it sahibinin evini, həyətini heş vaxtı sahib­siz qoymur. İndi sən məsləhətini de. Deyir ki, maa deyillər ki, diri­lik suyunu iç. İçim, ya içmiyim? Deyir ki, ya Süleyman, əgər dirilik suyunu işsən, həyatda sağ qalarsan, ama sənin balaların, sə­nin yaxınnarın, sənin doğmaların sənin gözünün qavağınnan ölüb bu dünyadan gedər. Əgər olların ayrılığına dözə bilərsənsə, bu suyu iç, yox olların ay­rılığına dözə bilməzsənsə, o suyu işmə, nə vaxt vaxtın tamam olar, bu dünyadan köçərsən. Hə, Süleyman peyqəm­bər ona görə o suyu işmiyifdi. Deyif ki, Allahın yanında vaxtım nə vaxt tamam olar, ruhumu Allah-tala mənnən alar, o vaxt da bu dünyadan gedərəm.


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin