Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə4/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   2   3   4   5   6   7   8   9   ...   238
3. FATMA ANANIN HANASI
Fatma ana hana qurub, hana toxuyurmuş. Hana toxuyan vaxtı yağış yağıfdı. Yağış yağanda, axı hana qalıb orda – yağışın qaba­ğın­da. Elə deyiblər ki, aya, Fatma ananın hanası qaldı yağışın qaba­ğında, Fatma ananın hanası qaldı yağışın qabağında. O da üç rəng­miş: yaşılmış, qırmızıymış, bir də ağ imiş. – Elə bizim bayra­ğı­mızın da bir suyumu ona oxşuyur e. – Elə o vaxdan göy qurşağına Fatma ananın hanası deyillər.
4. QURD DONUNA GİRƏN QADIN
I mətn

Bir arvadın üç balası və bir əri varıymış. Bı durur günüzdən xəmir qatır. Bunun xəmiri çoxlu gəlir. Hə... Axşam düşür, bının vax­dı olmur xəmiri bişirməyə. Xəmir qalır. Gecə bı arvad durur, aydın­nığa* suya girir. Suya girəndə Allah tərəfinnən bının boğazına cana­var xəltəsi keçir. Bı gedir qoşulur canavarrara. Əri ha gözdü­yür, ha gözdüyür, bı gəlib çıxmır. Bının adı da Zəhra olur. Çıxır deyir:

– Ay Zəhra, xəmir pırt-pırt.

Əri deyir ki, ay Allah, görəsən bı haana getdi? Birdən bı görür ki, uzaxda bir xeyləğ canavar ulaşır. Görür ki, arvadı da gedib qoşulub canavarrara, gedir meşiyə. Deyir:

– Ay Allah, sənə qurban olum, belə möcüzəmi olar? Bının nə günahı var idi ki, bı günə qaldı.

Bı minvalla Zəhra iki il qoşulur bu canavarrara. Allahdan rüxsət gələndə bıllar gedir ilxıdan bir heyvanı seçir, ya qoyun ol­sun, ya at olsun, ya mal olsun, onu yeyillər. Nəysə, Allah bulara icazə verəndə yeyillər, icazə vermiyəndə ağız-ağıza verib yatışıllar. Bu qadın o qədər tük gətirir ki, canavarrardan betər olur. Dişdəri də yekə-yekə uzanır.

Bir gün olur, bunun meylinə düşür ki, gedim balalarımı gö­rüm, gəlim. Gəlir balasını görməh əvəzinə balasının birini götürür apa­rır, yeyir. O qədər bının avcının içi şirin imiş ki, bu daddıxca ağzı­nın suyu tökülürmüş, dişdəri şakqıldayırmış. Gözünün yaşını tökə-tökə bı, balasını yeyir. Allahın əmridi, neynəsin? Hə... Bir ay keçən­nən sora bı, genə gəlir balasının birini də götürür, yeyir. Du­yux düşüllər, görüllər ki, bı, uşaxların elə öz anasıdı, gəlib bala­larını aparıb yeyir.

İki ildən sora bı genə adam cildində gəlir, qayıdır insannarın içinə. Allaha qurban olum, Allah bının günahınnan keçir, bını adam cildinə salır, gətirir həyata. Bı gələnnən sora özü öz diliynən nağıl eliyir ki, bizə Allah-tala bax, belə buyurur ki, bı işdəri görün, biz də gedib eliyirdih. Filankəs deyəndə ki, malımı, qoyunumu qurt-quş yedi ha, bını qurt-quş yemirdi. Biz qalırdıx ac, Allaha üz tuturdux, Allah onu bizə bəxş edirdi, biz onu yeyirdih. Ona görə də, qurban olum Allaha, Allahın işinə heş kim qarışa bilməz.


II mətn

Bizim kəntdə arvad vardı, adı Qızyetər idi. Deyirdilər ki, qurt donuna girən Qızyetər. Deməli, guya qurt gəlir, donunu atır bunun çiyninə, bu olur canavar şəklində. Anam deyirdi, şəxsən mən gö­züm­nən görmüşəm ki, canavar kimi uluyur. İsdədilər ki, onu til­sim­dən çıxardallar. Çıxardammadılar, gülləynən vurdular, öldürdülər.

Qurdun kürsə gedən vaxdı idi. Bu gəlif, qurd bunu çəkif, do­nu­nu atıf arvadın üsdünə. Arvad olufdu canavar. Bularnan barabar gedif gəzif gəlirdi.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin