Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə42/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   38   39   40   41   42   43   44   45   ...   238
43. PEYĞƏMBƏRİN MERACA GETMƏSİ
Məhəmməd peyğəmbərin Cənabi Əli qardaşı oğlu olur, həm də yeznəsi oluf. Cənab Əli sirr imiş, hər şeyi bilirmiş. Məhəmməd peyğəmbər göyün yeddinci mərtəbəsinə tura gedir. Əlidən gizdin gedir, ona demir. Deyir, o getdiyi yerdə bına bir sırfa açılır, yeməh gəlir, bir dənə də alma gəlir. – Heydər babam danışıf yanımda. – Sıfra açılıf yeməh gələndə Məhəmməd peyğəmbər deyif:

– Mən bı almanı təh yeyə bilmərəm, maa yoldaş ver.

Baxır ki, pərdə var. Bı pərdənin arasınnan bir nəfər əlini uza­dıf bınnan çörəh yeyif, Məhəmməd peyğəmbərnən. Bı yeyir, o da yeyir. Bı almanı kəsir, yarsını bu əl götürür, yarsını da özü götürür. Amma yemir, saxlıyır özündə.

Məhəmməd peyğəmbər qayıdıf gələndə Əli gedir bunnan görüş­məyə. Deyir: “Əmi, mehracın mübarəh olsun!”

Deyir:

– Əli, mən axı saa deməmişdim. Sən hardan bildin ki, mən mehraca getmişəm?

Deyir:

– İndi gördüklərinən bir az söhbət elə.

Deyir:

– Mən getdim belə sırfa salındı, nemətdər gəldi. Mən yoldaş tələb elədim, təh yeyə bilmədim. Ordan bir əl gəldi, tühlü əl, mənnən yeməh yedi.

Yeməh vaxtı, düyü qülfallahdı da, yediyi düyüdən bir dənə əlinin üsdünə düşür, qalır tükün arasında. Deyir:

– O əli tanımazdın ki, nədi, nətərdi?

Deyir ki, ançax bir dənə düyü düşdü onun əlinin üsdündəki tüklərin arasına. Əlini belə gösdərir, deyir: “Bu əli deyirsən?”

Baxır ki, həmən düyü o əlin üsdündədi. Sora deyir:

– Almanın yarsını verdim ona.

Əli almanı çıxardır, deyir:

– Bu almadı?

Məhəmməd peyğəmbər də çıxardır, birrəşdirir ki, həmən almadı.




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin