45. PEYĞƏMBƏRİN İTİ VƏ TÜTƏYİ
Canavar deyir ki, mən bir gecədə yeddi para kənd gəzirəm. Bu yeddi para kəntdə ilahinin buna verdiyi qisməti gəzir. Canavar deyir ki, mən bu dağın başınnan o birsi dağın başında qara şumun içində qara qoyunu seçirəm. Niyə? İlahinin ona verdiyi qismətdi. Ona görə yaşdı adamlar deyir ki, canavarın ağzına söymək olmaz. Çünki canavarın ağzı Qurannan bağlanır.
Deyillər, canavar peyğəmbərin iti oluf, ilan balığı da onun tütdəyi oluf. Nətər olufsa, heyvanı əldən çıxıf. Canavara deyif ki, çıx get özün öz başını saxla. Tütəyi də atıf suya, deyif ki, sən də maa lazım deyilsən. O da ilan balığı oluf, canavar da canavar. İndi ilan balığını tutanda cığıldıyır tütdək səsi çıxardır.
Dostları ilə paylaş: |