53. HACI QASIM ÇƏLƏBİ
I mətn
Üş nəfər atdı gəlif Çələbini sınamaxdan ötrü. Hajı Qaramannan yuxarı dam varıdı, o dama. Oturuflar burda. Bir xəsdə gəlif, Arazboyunnan idi, səyf eləmirəmsə, Alıkeyhalıdan gedif. Görür ki, samanı basıf bardonlara, farmaş fason yühlüyüf ata, bir xəsdəni də yıxıflar üsdünə. Gətirif deyif ki, bəs ay Çələbi, başına dönüm, bu mənim həyat yoldaşımdı, üzr isdiyirəm. Yeddi uşağım var. Bu xəsdələnif, mən ölüm, bu arvad ölməsin. Mən yetim saxlıyan dəyiləm. Deyif ki, gəl bəri, heş nə sən öl, nə arvad ölsün. Heş biriniz ölməyin. Köməh eliyif düşürüflər yerə. O Çələbiyə xidmət eliyən adamlar oluf. Nə bilim, onun odununu yaran, atını bağlıyan, tavlasını kürüyən, öz qohumlarınnan ey. Kömək eliyənnər düşürüf xəsdəni. Çələbi babam öz yoldaşı Gülpəri nənəyə deyif ki, nimçəyə un qoy, gətir. Bir az un qoyuf gətirif. O unu barmağıynan qarışdırıf belə, deyif:
– Apar bu unu xəmir elə, çörəh çapartma fason yay, bu arvadın ağrıyan üzünü o xəmirin üsdünə yıx, uzat, qoy yatsın.
Kişini də keçirif dama. Orda arvada pilov bişirdif. Yeyiflər, söhbət eliyiflər. Girif çıxdıxca həyat yoldaşınnan soruşurmuş ki, xəsda nağarır. Deyir ki, Çələbi, xəsdə yatıf çox möhkəm. Duruf özü gəlif. Görüf ki, xəsdənin yarası deşilif. Çələbi gedif kişiyə deyif ki, arın-arxayın çörəyini ye, xəsdənin canı qutardı. Xəsdə içəridən yamannamışdı*. O deşilif, arvadın da canı qutarıf, sənin də.
Həmin mamentdə üç atdı gəlir oraya. Deyir:
– Çələbi, bizə gərəh maral südü verəsən.
Deyif ki, oturun, oturun, düzələr. Günorta vaxdı görür ki, marallar töküldü gəldi. Quzular bu tərəfdən töküldü, anaları bu tərəfdən töküldü. Yığılır oraya. Orda gedif onu sağıllar, eliyillər, sora balaları gedir onu əmir. Özdəri ayrılır: anaları belə, balaları belə. Maralın orda qəhəl yeri vardı.
II mətn
Qasım Çələbi yayda Çay Tumasda olanda onun qızı Xəcər Çələbi ağlıyıf. Deyif ki, nədi, nə isdiyir o, niyə ağlıyır?
Deyiflər:
– Ay Çələbi, qurbanın olum, qar isdiyir. Yayın günündə qarı hardan alax buna verəx?
Fuğannıda onun xidmətçisi İrza oluf, o vaxt mürid deyirdilər. Çələbi girif içəri, deyif:
– İrza hay, hardasan? Gəl balama qar gətir.
İrza da Salvartı dağındadı. İsdi vaxdı qoyun sağdığı yerdə qoyunun kopasınnan çıxır, qazanı tulluyur, deyir ki, məni Çələbi çağırır, mən gedirəm, qoyunuza yiyə durun. Qardaşı deyir:
– Ə, dəlisən, cinnisən, saa noldu?
Deyir:
– Əşi, sənə deyirəm qoyununa yiyə dur.
Gedif atını tutur, gətirir yəhərriyir. Gedir orda qardan sərnicə doldurur. Qarda da qurd var. Dolduruf ordan, alıf atın qujağına gəlif. Əcəbə arvad var idi, and içirdi ki, Qasım Çələbinin goru hakqı, həmən qardan yedim. İrza gəldi atdan düşdü gejə. Çələbi dedi ki, balamı durğuzun, qar gəldi, qardan yesin. Deyir sərnici qoydux ortalığa, hərə belə-belə qardan götürdü, yedih.
Dostları ilə paylaş: |