Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə55/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   51   52   53   54   55   56   57   58   ...   238
54. ALI ÇƏLƏBİ

I mətn

Aşağıda Göyərçin Veysəlli varıdı. Ora bir bəy gəlif düşüf. Var­rı-hallı bir bəy imiş. Adı səyf eləmirəmsə, Mamud bəy idi. Pa­yızdığa gəlif da. Dağdan köçüf gəlif orda oğluna toy eliyif. Oğluna kənarda bir mohurru tikif, alaçıx deyirih biz. Alaçıxda oğlannan gəlin yatır, bular da bir evdə. O vaxdı belə deyildi. O vaxdı gəlin qaynanaynan, qaynataynan danışmırdı, görükmürdü. İsmət varıdı, haya varıdı. Qaynənəsi görür gəlin çox bekafdı, deyif:

– Bala, nədi, niyə bekafsan?

Deyif ki, vallah-billah, Allahdan gizdi deyil, sənnən də giz­diyim. Tumanımı gejə yatan vaxdı yanımızdan götürüflər.

İrannan alınan qırmızı mahud tuman, bahalı parçadan imiş, o yoxdu. Bir gün, iki gün, üçüncü günü bəy gəlif evə girəndə arvada deyir ki, bu evdə nəysə bir məyusdux var aylə içində.

Arvad deyir:

– Əşi, heş bir şey yoxdu.

Ora-bura. Arvadı çağırır hədəliyir. Arvat deyifdi ki, a kişi, vallah, Allahdan gizdin deyil, sənnən gizdiyəm. Gəlinin tumanını ya­nın­nan götürüflər. Bu da bəy adamdı da, sığışdırmıyıf özünə. Çağı­rıf gəlini yanına. Gəlinə deyif ki, birəm birriyimə, xançalı təpənnən qoyajam ayağınnan çıxsın. Sənin müştərin o vaxtı kim olufsa, bunu mana de. O da and-aman eliyir ki, mənim heş bir müşdərim olmu­yuf, hessadım olmuyuf. Bəy deyif ki, sənə üş gün möhlət verirəm. Üş günətən sağ bir söz deyirsən maa. Ya hə, ya yox. Onnan da quta­rajax. Ya sənin həyatın qutarajax, ya mən düşmanımı tapajam.

Bu zaman da Qasım Çələbinin oğlu Şıx Alı Çəlləbi Dağ Tu­masda yatmışmış bir damda. Gəlin nə cür dizdərini atıf yerə, üzünü tutur:

– Ya xudaya, sən bu işin üsdünü aş, məndə nə günah var. Mənim tərəfimnən bu tərəf davaya düşməsin, ədavət olmasın.

Bu gəlinin sədası yuxuda Alı Çələbini tutur. Qalxır ordan durur, piyada gəlir. Bu faktdı ey, olmuş işdi. Qara qaya deyirih, gəlif ordan keçəndə Molla Dəsgiralı varıdı, Xanalı, Mustafa, oların ataları olur, yataxda olur. Dağdan gəlir. Baxır belə, deyir:

– Balam, bu gələn Alı Çələbidi, bu piyada gəlir. Niyə, nə oluf?

Yeriyir qabağına. Deyir:

– Əşi, at gətirim, ulax gətirim, niyə piyadasan?

Deyir:

– Yox, tələsiyirəm, bir az avdıx varsa, gətir içim.



Buna bir banka ayran qayırıllar, içir. Deyir ki, mənnən gedir­sənsə gəl gedəh. Bu kişi də bunu tək buraxmır, düşür yanına. Gəlir uje dar çağıymış. Gəlir görür həmən bəy Tofçax düzündə üş-dörd nəfərnən duruf bir təpəçədə. Bəy də bekafdı. Bəy deyir ki, balam, bu gələn Alı Çələbiyə oxşuyur. Axı, bunun mənnən o qədər arası yoxdu, mən də bunu o qədər tanımıram. Bu niyə piyada gəlir? Gəl­ha­gəl, gəlir salamlaşır. Deyif ki, Çələbi, hara gedirsən? Gözdə, at gətirdim, ulax gətirdim.

Deyir:


– Yox, bura Fuğannıya gedəjəm, İrza kişigilə. Elə-belə yolum düşdü bura.

Ora-bura, bəy bunu möhkəm təhlif eliyir. Gedəh quzu kəsim, qoyun kəsim. Deyir:

– Yox, hessad lazım dəyil.

Bəyə deyir ki, ras heylədi, məni döndərirsən, malının içində bir boz düyə var, onu gətir, onun ciyarınnan bir belə (əlinin yarısı boyda – top.) ojağa salım, ojaxda kabab eliyim, yeyim gedim. Bəy də həqiqi mənada bu inəyin xətrini çox isdiyirmiş. Gətirir malı. İndi bəy özünü sındırmıyajax axı. Malı kəsillər. Kəsəndə Çələbi çəliyinnən belə gösdərir, deyir:

– Qarnını cır, ciyəri çıxsın, sora soyarsan.

Elə belə bıçağı çəkəndə paltar çıxır o yannan. Gəlinin tuma­nını inək yemişmiş. Deyir ki, onu çək, gəlsin. Çəkir çıxardır. Belə haçalıyır çəliyin burnuynan o yana, bu yana. Bəyə deyir ki, vallah, mən nə sənin malının kababını yeyən deyiləm, nə də bu yerə ayağım düşən dəyildi. Sənin gəlinin nətər hakkı-huy çəkdisə, onun sadası məni tutdu, mən durdum gəldim. Gəldim ki, nə sən özünə nahak yerə düşman qazanma, nə gəlinini öldürmə. Sənin gəlininin heş bir müşdərisi yoxdu. Gəlinin tumanını yeyən sənin öz inəyin oluf.

Burda bəy yıxılır Çələbinin ayağına:

– Başına dönüm, qadan alım, sənnən mənim indiyə qədər dosduğum bir idisə, indi on beş oldu.

Belə-belə mocuzları oluf onun.

II mətn

Nənəm nağıllıyanda eşitmişəm, Alı Çələbi öləndə dedi ki, mənim meyidimin üsdündə dava düşəjəh. Məni sarıyarsınız dəvəyə, afsarını verərsiniz Dolannarda Ağabəy var, Ağabəyə. Həmən bu erməni-müsurman hak-hesabında Ağabəy evinnən bir dənə şey götür­­mü­yüf, tək ikicə dənə taxtanı alıf qujağına. Deyiflər ki, bu nə taxtadı?

Deyif:

– Alı Çələbi bu taxtanın üsdündə yatıfdı. Mən bunnarı özümə müqəddəs pir kimi saxlıyıram.



Deyif ki, özümüzkülərin əlinə versəniz, o deyəjəh mən aparım, bu deyəjəh mən aparım, bir-birini qırajaxlar. Verin o adamın əlinə. O adam çönüf axırda müsəlman da ola bilər.


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin