Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə6/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   2   3   4   5   6   7   8   9   ...   238
6. İTƏ DÖNMÜŞ İNSANLAR
Kəntdən bir nəfər sürgün olunmuşmuş, Aybasannıdan idi. Axı o vaxdı sürgün eliyirdilər. Ordan indi qayıdıf gəlirmişdər. Gəliflər, gəliflər, görüflər bir dev qoyun otarır. Deyif:

– Gəlin, gəlin.

Bırasınnan bir təhnə çıxardıf, qolunun altınnan çörəh çıxardıf doğruyuf. Qoyunu sağıf, bıllara verif, yedizdirif. Qayıdır bılları apa­­rır əvə. Aparır əvə, ojağı qalıyır. Yerin altında böyüh əvi var­mış, onun qapısına dəyirman daşı qoyurmuş. Bını devdən başqa heş kəs qaldıra bilmirmiş. Ojağı qalıyır, bınnarın bir babatın çəkir şişə. Qoyur ojağa, yeyir, yatır. Bı ikisi qalır. Deyillər:

– Biz nətər eliyəh ki, dəyirman daşını götürəh.

Şişi qoyıllar ojağa. Bircə də gözü olur e, alnında. Qoyıllar ojağa, duruf adama bir qoyın soyullar ki, bürünəh. Bı, qıçının ara­sın­nan qoyunu bir-bir çıxardanda qaçarıx. Hə, o şişi götürüllər, basıl­lar bı­nın gözünə. Yatmışımış, çığırır, çığırır, durur. Dəyirman daşını götü­rür, qıçının birini o qapının arasına qoyur, birini bı qapı­nın arası­na qoyur, bırdan bir-bir qoyunu çıxardır çölə. Bıllar dərinin içində çıxıf qaçıllar. Nağıl yox, elə düzü oymış e… Dedihlərini de­yi­rəm. Gə­lil­lər, gəlillər bir mahala çıxıllar. Deyillər ki, bizi qonax saxlıyarsız?

Deyillər:

– Hə.

Bir talvarrarı varmış. Deyillər:



– Gejələr biz it oluf darışırıx bir-birimizin canına. Çıxın oturun o talvarda, hamma nərdivanı da çəkin qoyun yanıza.

Deyir, heylə çıxıf oturuflar talvarda, nərdivanı da çəkif qoyuf­lar yannarına. Səhərəcən bıllar it oluf darışıf bir-birinin canına, səhər olanda oluflar adam. Qayıdıf ordan düşüf gəliflər Arazın qıra­ğına. Görüflər ki, iki dooz – çöl doozu Arazın bılar olan tərə­fində otduyullar. Gözdüyüllər, gözdüyüllər, elə bılar suya girəndə hərəsi birinin üsdünə atılır, o dooz da öldürərdi e, olları. Doozdar oları çay­dan keçirdir. Suyun qırağına çatan kimi düşüllər. Bı doozdar qa­çır. Biri Aybasannıdanımış. Gəlif o nağıl eliyirmiş. Bax, belə ba­şımıza işdər gəldi o vaxdı. Gəlif heylə çıxmışımış əvlərinə.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin