59. MİR SƏDİ AĞA
I mətn
Kəndimizdə Mirsədağa adında ağır bir seyit, ojax vardı, Qubatdının Mirrər kəndində. Ora ağzı əyri gedən düz gəlirdi. Hamı o qədər inanırdı ki, kimin nə ziyaratı vardı, ora gedirdi. Vaxt gəlir, sovet dövründə, bı represiya dövründə kişini tutullar. Zəngilan rayonunda Akara stansiyası varıydı, ordan gedirdi qatarrar. Gətirillər qatara mindirəndə Mirsədağanı, qatar getmir. Hamı təəccüp eliyir. Düzəldə bilmillər. Axırda, qurban olduğum özü deyir ki, indi gedəjeh qatar. Bı sözü deyənnən sora qatar tərpənir. O kişiyə hamıda inam vardı dana. Hamı şahit oldu ki, qatar getmədi.
II mətn
Mirsədağanın vaxt gəlir oğlu olur. Kişi bilir ki, onun başına gətirilən oyunnardan oğlunun da başına gətirəjehlər. Oğluna deyir ki, get oxu, həkim ol. Əlində diplomun olsun, heş kəsin şəkki-şüphəsi olmasın dana.
Oğlu gəlir, oxuyur, olur həkim. Xəsdələrə dava-dərman, nə verirdi bilmirəm, ancax özünün elə əliynən insannar şəfa tapırdılar.
Vaxt gəlir [Mirsədağanın oğlu] Mirməhəmmət həkim gəlir Bakıya. Bakıdan qayıdanda Fizuli rayonunda qəzıya uğruyur. Yer-göy hamı qan ağlıyırdı. Gətirillər onu Qubatdıya. İndi dəfn eləməh vaxdı gəlir. Hələ dəfn eləməmişdən də deyir o qəzaya uğradığı yerdə bütün yerdə-göydə olan quşdar hamı qanat saxlamışımış. Gətirillər Qubatdının Mirrər kəndinə – öz kəntdərində dəfn eləməyə. Kəndimizin də ortasınnan çay axırdı. Ant içirdilər, dəfn olunan dəyqada quşdar, dərələrdə – dağlarda olan heyvannar hamısı yığılıp gəlmişdi. Elə ki, dəfn qutarıp, hamısı dağılıp gedipdi.
III mətn
Qurban olduğum Mirsədağagilin evində bir qohum qızı varıymış. Onun həyətində olurdu daa. Görür ki, bir dənə ilan gəlir, ağzı da açıx. Şəklə (Qızın adı Şəkildir – top.) deyip ki, get, bala, o ilanın boğazında sümüh var, onu çıxart. O da qorxup. Deyip ki, qorxma, get! Gedip çıxarıpdı sümüyü. İlan heş nə eləmiyipdi. Səssizcənə düzəlip yola, çıxıp gedipdi. Onnan sora Allah-tala tərəfinnən ona vergi verilipdi. Mədədən sümüh, nə bilim, gözdən qılçıx çıxartmax. Belə şeylər…
Dostları ilə paylaş: |