Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə64/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   60   61   62   63   64   65   66   67   ...   238
64. İMAMZADƏ PİRİ
I mətn

Biz o ili İmamzadada qəbrin üsdünü götürəndə* and olsun Al­la­­hın adına, o səs elə bil indiki kimi qulağımdadı. Gördüm ə, qula­ğı­ma belə bir maraxlı səs gəlir, insan səsi deyil, heyvan səsidi, çox ma­raxlıdı. Bı rəhmətdih Ramizə qayıtdım dedim ki, ə, vallah, bırdan elə bir maraxlı səs gəlir ki, məçit tərəfdən. Maa çox marax­lıdı. Dedi ki, sən Allah, fikrin dağınıxdı, həylə eləmə, işin də yarım­çıxdı. Bir az ara­dan keçənnən sora gördüh, elə məçidin yanınnan bir cüt əlih gəl­di, bizim altımızdan almaza-saymaza keçip getdilər bı kahıya sarı (İmam­zadəni ziyarət etməyə – top.). Sora onu mən Tələtə sual ver­dim. Dedim o əlihlər… Dedi ki, ay Miri, səni sağ ola­san, ollar neçə ildi bıra ziyarətə gəlillər, ozü də tüfəyə gəlmillər. Deyir, bax, bı qa­ya­­nın divində də neçə dəfə çıxıp qabağa, isdiyiplər ollara tüfəh at­sın­nar, ollar gözə görünmüyüplər. Sora biz qutardıx işi, qayıdıp Göy­rə­ba­sa gələndə gördux bizim o Göyrəbasa gələn yolun üsdündəcə öz­də­­riçün otduyullar. Bax, İmamzadada bı işdəri iki dəfə mən görmüşəm.

Bir də Göyrəbasda bı muharibənin* pis vaxdıydı. And olsun Allaha, o getdiyim ocaxlar hakqı, tüfəh elə bil küşdəydi, iki dəfə, üş dəfə əl atdım tüfəyi götürməyə, tüfəh əlimə gəlmədi. Dedim Allah, bı nə möcüzədi? Durdum çıxdım. Çıxdım gəldim Heydərin evinin ya­nınnan. Onda Göyrəbasda yaşayış azıdı daa. Bı Səltənətin evinin böyrünnən keşməh isdiyəndə gördüm Mir Ağa dədəmin kalafasın­nan bəri bir dənə düyə əlih gəlir. Elə gözəldi, elə gözəldi, inanırsan ki, göz muncuğu kimi. Səltənətin evinin qırağında belə bir dağda­ğan ağacı varıydı. Gəlif o dağdağanın qabağında durdu, belə baxdı, baxdı mənə. Dedim ya rəbbim, şükür sənin kərəmaa, bı da möcü­zədi, yəqin bı ziyarətdən gəlir. Əlih döndü, yendi, elə belə saymaz­yana getdi. Göyrəbasa gələndə Tələtgilə dedim. Tələt atdandı, oğlu atdandı ki, onu bizə niyə demədin? Dedim ə, Allah sizə lənət eləsin, mən onu gözümnən görmüşəm ki, o ziyarata gəlip. Bax, Mir Ağa dədəmin kalafasında da o möcüzəni görmüşəm.
II mətn

Ora ziyarata hər yerdən gəlirdilər. Özü də o ilan məsələsi yalan deyil, həqiqətdi. Natəmiz adamlar, ziyarət qəbul eləmiyən adamlar elə ki gəlirdilər, ordan keçəndə qapının başınnan ilan sallanırdı, onu qaytarırdı geri. İmamzadıya girən qapı varıydı e, gördüh o girəcəhdə, evin künç hissəsində ilan belə qıvrılıp, dolanıp, başını qoyup üsdünə. Qıpqırmızı ilanıdı. Yeddi qardaş deyirdilər e. Hamı baxırdı o ilana. Baxırdı, keçirdi. Bax, belə baxırdı adamların gözünün içinə, dilini belə tərpədirdi. Sora kimsə dedi ki, o ilan Cılfırda** kimisə çalıp, ziyan verip. Sora gəlip ocağa öz günahını yumağ üçün. Belə rəvayətdəri danışırdılar.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin