Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə7/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   2   3   4   5   6   7   8   9   10   ...   238
7. ŞEYTAN
I mətn

Deyillər ki, Allah-tala özü vahimədən, nə bilim filan-bəsmən­nən uzağ olmaxçün çəkilif qəlbiyə çıxanda şeytan əl atıf tutuf ətəyinnən. Deyif:

– Mən yaranannan saa qulluğ eliyirəm. Neyçün maa bir şey tapşırmırsan?

Deyif ki, axı sənə nə tapşırım, nə verim? Deyif ki, mən sənnən bir şey xayiş eliyirəm. Deyif:

– Nədi?

Deyir:


– İnsannarın qəlbini.

Deyif:


– İnsannarın qəlbini də saa verirəm, Allahın nəhlətini də.

Şeytanı da Allah yaradıf ey, amma Allah ona axırda heylə bir cəza verif. Şeytan insanın qəlbinə girəndə nə istəsə eliyə bilər. De­yif ki, insanın qəlbini də verirəm saa, Allahın nəhlətini də saa veri­rəm. Şeytan insanın qəlbinə girəndə desə ki, Allah saa nəhlət eləsin, o saatı hər şey soyuyar, çıxar gedər. O adamın əlinnən xəta çıxmaz.


II mətn

Bir gün bir kişi yola düşüb səfərə gedirmiş. Görür ki, bir dənə qaratikanın başında bir şeytan elə ağlıyır, elə çığırır ki, qalıb göy­dən asılı, qaratikanın başında. Deyir:

– A şeytan, niyə ağlıyırsan?

Deyir:


– Atam-anam məni gəzir, hər kəs məni burdan yendirsə, atam-anam onu dünya malıynan qani edəcək.

Dünya malı şirin olur. Bu kişi gedir bu şeytanı qaratikanın ba­şınnan bir zulumnan yendirir. Yendirəndə şeytan buna deyir ki, mən səə dünya malı dedim, amma sən dünya malına axınmaginən*. Mən səə nə desəm ona qulax verginən, gör nə deyirəm. Mənim atam-anam məni görəndə çox sevinəcək. Sənə dünyanı, xəzinəni baxşış verəcək. Sən onu götürməginən.

Kişi deyir:

– Vaxtaş ki heylədi, bəs mən onda neyniyim?

Şeytan deyir:

– Atama deginən ki, dünyanın malı, o xəzinə mənə lazım deyil, sən mənim özümkünə dəyməginən.

Deyir:

– Yaxşı.

Bular gedir, evə yaxınnaşanda bu şeytanın ata-anası durullar ayağa, deyillər:

– Ay Allah, sənə min şükür, balamız sağdı.

Bunun ata-anası deyir:

– Ay kişi, gəl sənə xəzinə, baxşış verək.

Kişi deyir:

– Sənin dünya malın mənə lazım deyil. Oları qoy dursun, mənim öz xəzinəmə dəyməginən.

Şeytan deyir:

– A kişi, sən nə gözü-könlü tox adamsan. Bəs axı sən mənim balamı qaratikanın başınnan xilas etmisən. Bəs mən sənin qullu­ğun­da neyniyim?

Kişi deyir ki, bu dünyanın hamısı sənindi. Alan da sənsən, ve­rən də sənsən, tikən də sənsən, sökən də sənsən, paydan çıxan da sən­sən. Vaxtaş ki belədi, məə sənin heş nəyin lazım deyil. Təki sən mənim balama dəyməginən. Mənim balam mənə, sənin balan sənə qismət olsun.

Ona görə belə bir misal var atalar arasında: Şeytan bala pay­lıyır. Atalar deyir: “Balası lazım deyil, bizim balamıza dəyməsin”.




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin