Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə74/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   70   71   72   73   74   75   76   77   ...   238
72. EŞQ ABDAL PİRİ
Üçoğlan kəndinin lap bəriki hissəsi Səfərli kəndidi. Səfərli kəndinin qəbirsannığında müqəddəs bir pir var. Eşq qızın adıdı, Abdal oğlanın adıdı. Bir-birinə olan isdək-məhəbbət ona gətirir çıxardır ki, atası qızı verməh isdəmir oğlana. Qız da oğlana qoşulub qaçır. Onnarın dalınca atdılar çapa-çapa gəlillər. Ta görüllər ki, elə vəziyyətdi ki, hara getsələr tutulacaxlar, öldürüləcəhlər. Deyillər ki, ya rəbbim, bizi ya daş elə, ya bir qəbir elə, ya bir nəsə, qoşa eyni yerdə dünyamızı dəyişəh. Həmən orda bir qoşa qəbir var. Üsdündə bir köhnə formada palçıxdan suvanmış, məsələn, çubuxlarnan hörüflər, möhürə deyillər ona, palçığın içinə saman qatıb qarışdırıl-lar, o çubuxları hörüllər, hörənnən sora onu içəridən suvuyullar. Üsdü də o formada, elə bil qəbir ətrafında məqbərə formasındadı. Kimin qəlbində nə niyyəti varsa, hasil olması üçün ora gedillər. Qəbirsannıxda ağac çoxdu. Dili tutulan gəlir, bırda dili açılır.
73. DAMCI BULAQ
Kəndimizdə Damcı bulax varıydı. Deməh olar ki, ojax kimiy­di, onun üsdünə arax aparanda işməyə, o bulax quruyurdu. Nööbəti ilə kimi qurumuş qalırdı, nööbəti il genə başdıyırdı gəlməyə. Bir də aparsan, bir də quruyajıydı. Elə suydu ki, bir dəyqə əlii belə saxlıyəmməzdin, kəsirdi o sahad.

Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin