Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə75/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   71   72   73   74   75   76   77   78   ...   238
74. GƏLDİM QAYASI*
Deyillər, qayadan hər axşam səs gəlir. Deyir ki, gəldim, gəl­dim, gəldim. Bir gəlin inək sağırmış. Bir gün deyir ki, əşi, gəldin, gəl da, cəhənnəmə gəl. O dəyqə həmin qaya uçur, gəlini inəkli-zadlı basır öldürür. Minkəndə sarı gedəndə həmin ocaq görünür. Köh­nə dam kimi kümbəz idi. Dərənin içində, çala kimi yerdə yerləşirdi. Ordan keçəndə deyirdilər ki, ora ocaxdı, pirdi. Bəs belə bir hadisə oluf.
75. QAYB OCAĞI*
Qeybinnən yaranmış ojağ oluf. Göbəyinnən bir dənə ərik ağa­cı çıxıf. Hər gedən bir haftafa su aparır, o ağacı suluyur. Qayb oja­ğın­da metr yarım boyunda sal daşı vardı, “dalax daşı” deyirdilər ona.

Novruz bayramında at çaparmışdar. Bir dənə oğlan atı minir mərcnən ki, sənin atın mənim atımı keşsə, yəhərri-zadı düşüf verə­jəm sənə. Həmən cavan uşağ gəlif bunu keçif gedir. Çıxardır na­qanı, o daşa bir güllə çaxır. Güllə dəyir, daş ortadan carğa­nax­lıyır. O daşa güllə atdığına görə, onun bir tərəfi quruyuf qaldı. Öldü həmən adam.



Saatlı rayonundakı qaçqın şəhərciyində məskunlaşmış Füzuli rayon sakinindən qeydə alınıb.

Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin