86. ƏMİRVARLI*
Teymur əyalətdəri gəzirmiş ki, görüm harda varrı var, nətər dolanıllar, vergi verə biləjəh, bilmiyəjəhlər. Gəzif gəlif çıxıflar bizim kəndə. Bizim kənt də Arazın qırağında oluf, yulğunnuxda oluf. Əvəl adı Xıdırlı oluf. Gedif deyiflər ki, ya əmir, bəs bir dənə kənd var Qarabağ zonasında, çox varrıdı. – Ulu babalarımız mal-heyvan saxlıyanmış. Tərəkəmə imiş də. – Gəlif kəndə baxıf, onnan da öz adını verif kəndə. Deyif ki, bu kənd mənim adıma olsun – Əmirvarrı. Kəndin adı ordan gəlif.
87. DƏVƏ KƏSƏN MƏMMƏDLİ
Həmin kəntdən bir nəfər bir gecədə yeddi dəvə kəsif, gətirif paylıyıf camaata. Onnan oların adı qalıf dəvə kəsən. O belə oluf ki, iki əmioğlu gediflər oğurruğa. Gediflər yeddi-səkgiz at gətiriflər. At o birisinin töyləsində idi. Dayım söhbət eliyəndə eşitmişəm. Onda da töyləni yerdən qazıllarmış da. O biri əmioğlu da gedir yer qazır. Əmisi oğlu deyif:
– Nağarırsan, ə, orda?
Deyif ki, yer qayırıram da, o atın birini gətirim bağlıyım bura, mən də minim.
Deyif:
– At görəndə dirsəyii görərsən.
Deyif:
– Yaxşı.
Bu da əsəbinnən duruf gedif Zəngilanın Xannığınnan yeddi dənə dəvə oğurruyuf. Yeddisini də gejəynən kəsif doğruyuf, tezdən də paylıyıf. Onnan da kəndin ləqəbi olur “Dəvə kəsən Məmmədli”.
Dostları ilə paylaş: |