88. İLAN QAYASI*
Mən onu (qayanı – top.) gözümnən görmüşəm. Guya qız çimirmiş. Çoxlu qoyun varmış orda. Baxırsan ki, dağın təpəsində iki metr uzunnuxda ilan sürünə-sürünə gəlir. Elə qıza ağız atanda qız deyir ki, Allah, bizi daş elə. İri-iri daşdardı, qoyun yekəlikdə daşdardı. Qoyunnar da, qız da, ilan da oluf daş.
89. DEVLƏR SARAYI
Bizim kəntdə Devlər sarayı varıdı. Yarıya qədər gedirdilər, yarıdan ayana getmək olmurdu. Üzdən irağ, pişiyi buraxırdılar o devlər sarayına, girirdi, o başdan çıxanda görürdülər quyruğu yoxdu. Deyirdilər filankəs devlər sarayını yarısına qədər gedifdi. O saray Hajı Qaramannan yuxarıda Sirih tərəfdə dərədə idi.
Dostları ilə paylaş: |