93. MURADBƏYLİ KƏNDİ
Savet vaxtı raykoma inistruktur götürürdülər bir məllimnən-zatdan, sora onu direktor yolluyurdular. O zaman da xan nökərrərini yolluyuf kəndin adını da ona verirmiş. Məsələn, Ağdamda var Muradbəyli, Eyvazxanbəyli, Tağıbəyli – bular hamısı Pənah xanın nökərrəri oluf.
Bir günnəri Pənah xan qatırlarına baxmağa çıxır. Yeraltı tovlalar olurmuş, qışda qatırrar orda bağlanırmış. Bu Murad da çox çəpih oğlanımış, pəhləvan kimi oğlanımış. Bu, mehtər yoldaşdarını yığıp məyallax vırırmış, eliyirmiş. Pənah xan girəndə görür Murad məyallax vurur. Deyir:
– Ə Murad, nağarırsan?
Murad cavab verir ki, heç, elə-belə yerə uzanıram ki, yerdə toz-torpax varsa, mənim üstümə qonsun, qatırlara toz dəyməsin.
Pənah xan deyir:
– Pah, deyirəm axı, hər qatırçıdan Murad olmaz!
Murada deyif ki, Ağdamın böyründəki o kəndi verirəm saa, get. Adını da qoyuram Muradbəyli.
Dostları ilə paylaş: |