TARİXİ ŞƏXSİYYƏTLƏR HAQQINDA
97. İSGƏNDƏR
I mətn
Qulam baba danışardı kı, o vaxt İsgəndərə də təklif eliyiblər ki, sən də dirilik suyunu iç, sən də həmişə sağ qal. Deyir ki, o da gedir dirilik suyuna çatır, tapır, elə oucun dolduruf işmək istiyəndə bir səda gəlir qeybdən. Deyir ki, ey İsgəndər, o suyu işmə, işsən mənim kimi peşman olarsan sən. Deyir, suyu tökür yerə. Dünya malı, dünyada yaşamağ buna o qədər həvəsli gəlir, bir də oucunu doldurur ki, suyu işsin, bir də səs gəlir. Üçüncü dəfə səda gələndə baxır ki, bir ip yumağı kimi yumbalana, yumbalana gəlir. Gəlir, gəlir İsgəndərin surətinə çatanda, deyir ki, mən Xızır peyqəmbərəm. Əgər o suyu işsən, mənim kimi bu hala düşəjəhsən, mən indi kimə lazımam, mən indi nəyə lazımam, mən indi heş nəyəm. O suyu işsən, sən də mənim kimi olajaxsan. O suyu işmə, vaxtın gələndə, özün bu dünyadan köç eliyərsən.
II mətn
İsgəndər münəccimə baxdırır, deyillər ki, sənin filan yaşda qazannığın* var. Bı da deyir ki, gedif dirilik suyu tapajam, içəjəm, mən yaxşı olajam. Özü də mına deyif ki, sən poladın içində öləssən. Bı da qalır məhətdəl. Deyir ki, mən nətər olar ki, poladın içində öləm.
İndi mının qoşunu varmış dayna. Qoşununu da götürür, gedir. Neçə yüz səhra keçillər. Gedir ki, dirilik suyu tapa. Dirilik suyu axtarmağnan dəyil ha, gərək Allahdan qismət ola. Gedillər, axtarıllar. Yayın günüymüş dana, isdiymiş. Elə bil ki, vaxt gəlir dayna. Vaxt gələndə, indi kölgəlik yox, bir şey yox, gətirillər tüfəhlərini hamısını baş-başa söyküyüllər, mını uzadıllar bıra. Deyir ki, həə, elə münəc-cim düz deyirmiş, poladın içində öləssən, mənim vaxtım gəlif çatıf, elə bı tüfəhlər polatdı, məni də uzadıflar bıra. İndi bı vəsiyyət eliyir ki, anama deyin bir belə varım, döölətim can qutarsaydı, elə bı varnan, döölətnən canımı qutarardım. Bir belə mollaların, oxucuların sayasına canımı qutarsam, genə qutarardım. Anama deyin ki, mənim ehsanımı dərdi olana versin, dərdi olmıyana verməsin.
Hə... İndi gəlir. Anası çıxır görür İsgəndərin qoşunu gəlir, amma nəysə məyus gəlir. Deyir nəysə bırda bir iş var. Gəlir görür ki, İsgəndər canını tapşırıf. Oğlunun vəsiyətini anıya deyillər. Anası da indi ehsan vermək isdiyir, deyir:
– Bala, gedin təhlif eliyin. Deyin ki, dərdi olan gəlsin, dərdi olmıyan gəlməsin.
İndi bı da xəbər eliyir. Biri deyir qardəşim ölüf, biri deyir bajım ölüf, biri deyir atam ölüf, biri deyir anan ölüf. Dərdi olmıyan yoxdu, dərdsiz yoxdu. Hə... İndi arvat deyir ki, bala, elə onu maa İsgəndər təsginnihdən ötrü deyif. Mını aparıf kəfn-dəfn eliyillər. İsa peyğəmbərin dövrüymüş. Deyif ki, başaa dönüm, gedək görüm İsgəndərin vəziyyəti nətərdi. Gedillər indi qəbirsannığa. Çağırır on dəfə, İsgəndər hay verir. Deyir ki, siznən dəyiləm ee. Bı ananın oğlunnanam, İsgəndər padşahnanam. Anası deyir ki, hə, bala, bı da maa bir təsginnihdi ee. Bı da maa bir təsəllidi ki, bir İsgəndər dəyil ha, o qədər İsgəndərrər bırda yatıf ki. Onnan sohra anası həylə qayıdıf qəlir.
İndi bala həylə-həylə işdər çoxdu.
Dostları ilə paylaş: |