QARABAĞIN TANINMIŞ ADAMLARI HAQQINDA
100. SOLTAN BƏY ANDRANİKİN DƏSTƏSİNİ NECƏ MÜHASİRƏYƏ SALIR?*
I mətn
Andranik savatdı afiserrəri yığır. Laçını Allah-tala təbii qala yaradıf. Həkəri çayında körpü var, Nikolay vaxdında tikilif. Qoşun gəlif orda saxlıyır. Söz gəlif çatır Sultan bəyə. Deyir ki, məni üç gün gözdə. Üş gün gözudüyür orda. Onnar da hazır gedir də, hamısı təlim keşmiş afisserrərdi. Sultan bəy gedir atasına deyir. Deyir:
– Ay bala, onnar gedəjəh Qarabağdan, ayannan bəri qıra-qıra gələjəh. – O vaxdı bizdə tüfəh nə gəzirdi? – Onnarın tüfəyini-sursatını hamısını algınan, deynən siz tüfəyli-toplu gələndə millət qorxar.
Qardaşı Xosrov bəy Şuşanın quburnatı imiş. Buna məlumat verir. Əlli-atmış nəfər döyüşçü ordan gəlir. Orda Andranikin qoşu-nunun arxasını kəsir, iki çayın arasında onnarı qırıllar. Orda yol versəymiş gedif nə bilim Gəncədən, Yevlaxdan bəri qıra-qıra gələ-jəymiş. Andranik özü qaçır, amma onun iki afisserini – biri Nejdek olur, biri Mirzəyan onnarı vurullar. Oranın adı Qannı dərə qalır.
II mətn
Xosrov bəy Şüşənin bəyi idi, Soltan bəyin qardaşı idi. Erməni Soltan bəyə deyif ki, icazə ver, keçif Şüşeyi qırım. Deyif ki, keç, amba belə keç. Həkəri çayının üsdündə dərə vardı. Ermənilər deyirdi ki, üş yüz il keçə, o çayın üsdünnən keçəndə erməninin iyi bizə gəlir. Ora elə yerdi bircə dənə yolu var, ikinci yolu yoxdu. Soltan bəy deyir:
– Sizi silahnan boşdasam camaat hamı şübhələnər. Gəlin belə bir şey eliyəh. Silahları qavaxdan keçirim getsin, qoşunuzu daldan keçirim, gedin.
Orda Ağalarnan Ağammədi çağırır. Deyir:
– Gəlin bura.
Deyir ki, belə-belə. Deyir:
– Gözəl kələk qurmusan, qoy gəlsin.
Deməli, gətirif camaatı yerrəşdirir Zabuğun qəyəsinə. Silah keçif Şüşəyə sarı. Ermənini Xınzirəhdən bəri boşduyur. Gəlir Laçının çayına yerrəşəndə dalı daldan, qabağı qabaxdan kəsir, elə qoşunun topasını qırıllar. Erməni deyir:
– Kosasaqqal kopoğlu gör bizi nə kələknən qırdı.
Oların silahı da bizə qalır.
Dostları ilə paylaş: |