101. PAQARAT ERMƏNİSİ
Gorusda Paqarat erməni oluf. Müsurmanın qanını çörək kimi yeyirmiş. Bizim kənd Gorusnan erməninin içində oluf. Soltan bəy bir gün çağırıf camaatı deyif ki, Paqaratın Laçın rayonunda kim əlini-başını maa gətirif versə, nə desə verərəm.
Camaat da el, obadı. Hamı bir-birini tanıyır. Məsələn, bu kişidən soruşsam, Hajıqasımlıda Paqaratı kim tuta bilər? Deyəjək ki, onu filankəs tuta bilər. Günüz toplaşıllar, deyillər ki, hə, çağırax gəlsin. Çağırıllar. Cağazürdə Ağamməd vardı. Çox qeyrətdi bir kişi idi. Bunu çağırdı gətirdi. Dedi:
– Ağamməd, eşitmişəm ki, Paqaratın başını, əlini gedif gətirə bilərsən.
Deyif:
– Gedif gətirərəm, amba iki nəfər maa adam lazımdı. Denən görüm adamları sən mana verəssən, yoxsa mən götürəcəm.
Deyif ki, özün götür. Soltan bəy çox bij adam oluf. Ağamməd deyif ki, Hajılar kəndində Ağalar kişi olur, onu çağırın gətirin. Ağalar da balaca bir adamdı. Onu çağırıf gətirillər. Deyif ki, nağarax. Deyif ki, Paqaratın başı nədi ki, bir saatdıx şeydi. Üş dənə yoldaş olmalıdı, dördüncüsü olmaz, dördüncüsü satqınımız olar. Bir də mənim babamı çağırıllar. Bullar üçü gedif çıxır Gorusun kəndinə. Gedif kəntdə gejə gizdəniflər. O vaxdı da ev tikirdilər, üsdünnən də baja qoyurdular. Üsdünə də nə qalınnıxda kül tökürdülər ki, içəri yağış buraxmasın. Gedif çıxıllar evin üsdünə. Ağamməd deyir ki, siz məni sallıyın bajadan, mən girim içəri. Bunu sallıyıllar ipnən, girif. Deyif ki, ipi tərpədəndə məni çəkin da, səs-sorax olmasın. Kişi deyir girdim içəri, gördüm bir nər yatıf. Elə bunu burda öldürür, başını da kəsir. Başını xurcuna yerləşdirə bilmillər. Əli bu boyda olur (iki əl boyda – top.). Gətirillər Soltan bəyin yanına. Soltan bəy də kosa sakqal, göy göz kişi imiş. Soltan bəyin yanına gətirəndə deyir ki, Ağamməd, Cağazür zonasının filan sovetdiyini verdim saa. Camaata başçılıx elə, qoyma aj qala.
Dostları ilə paylaş: |