104. ERMƏNİ-MÜSƏLMAN MÜHARİBƏSİNDƏ
ABDAL QASIMIN FƏALİYYƏTİ
1905, 1918-ci ildəki erməni-müsəlman müharbəsi vaxdı Qasımın həddinnən artıx böyüh faaliyətdəri oluf. Erməni dilini çox mükəmməl bilirmiş. Bizim döyüşcülərə deyirmiş ki, gedin, filan yerdə dərədə pusquda dayanın, erməniləri mən ordan gətirəjəm. Duruf gedif erməniləri gejəykən ermənicə çağırırmış ki, müsəlmannar filan yerdən üsdüvüzə hüjum eləməh isdiyillər, gəlin, arxalarına keçəh, oları qırax. Guya ermənidi. Dururmuşdar, deməli, döyüşçülər hərrənirmişdər, həmən onun əks tərəfində də bizimkilər pusquda dayanıbmışdar. Gəlif orda, deyir, pusquya düşürmüşdər ermənilər. Çox böyüh faaliyyətdəri oluf.
Dostları ilə paylaş: |