2. KÖRPƏ UŞAĞIN QIRXININ TÖKÜLMƏSI
Körpə qırxı çıxdıxdan sora sakitdəşər, çox çığırmaz. Körpənin qırxıncı gününü doğulduğu günnən hesaplıyıllar. Onunla əlaqədar el arasında qırx məclisi keçirirdillər. Uşağı, əvvəlcən çimizdirirsən. Uje uşax çimif kutarana yaxın paklıx qusulu verirsan da. Qusulu verənnən sora qırx dənə buğda sayırsan, atırsan suya. Sora o suyu uşağın başınnan tökürsən. Oğlan uşağının qırxını tökəndə buğda, qız uşağının qırxını tökəndə arpa atırsan, çünkü qız uşağı oğlan uşağınnan artımlı olur. Axı qız tez yekəlir. Qanuna baxsan, qızın qırxı otuz günə çıxmalıdı, oğlanınkı qırx günə. Qız uşağı oğlannan tez yekələn olur. Arpa tez cücərir deyin qız uşağının qırxını arpaynan töküllər, oğlanınkını buğdaynan.
Uşağın qırxını töküp rahatladıxdan sora zahı qadın da mütləq yuyunuf paklıx qusulu almalıdı.
Dostları ilə paylaş: |