3. GÖBƏYİN DÜŞÜRÜLMƏSİ
Uşağın göbəyi deyilənə görə üş, beş və yeddi gün ərzində düşməlidi. Əgər göbəh düşmürsə, onda xəmirdən belə yumru kökə kimi düzəldif uşağın göbəyinə qoyuf bağlıyıllar. Xəmir göbəyi çürüdər, çox keşməz göbəh oyuluf düşər. Əgər göbəh yerinnən düşərsə, əlii göbəyin üsdünə qoyanda görürsən ki, saat kimi vırır, ürəh kimi döyünür. Ürəh nəbziynən eynidi. O yerinnən qaçanda ip bağlardılar belinnən – qurşaxdan, bir də çiyninnən bağlıyırmışdar. Ağacı taxırmışdılar, ipin ortasınnan belə sıxırmışdılar, bururmuşdar yığırmışdılar, göbəh gəlirdi yerinə. Əgər göbəh vırmırsa, özü də o çox ağrı verir, insan halsız olur, qarın ağrısına çox gedirsən, qılçaların tayqəti olmur. Əli vırırsan, görürsən ortasınnan vırmırsa, sağda, solda, aşağıda, yuxarıda vırırsa, deməh yerinnən oynuyuf. Sora dəhrənin sapı deyirsən, belə yumuru taxta olur, onnan belə qoyursan, yumruluyursan, burursan, burursan, görürsən ki, gəldi düşdü yerinə. İpişkanın karofkasını bir yaylığa bağlıyırsan qoyursan ora, sora gətirip möhkəm sarıyırsan. On-on beş dəyqa tərpənmirsən. Sora o mamet yumurta soyutması pişirirsən verirsən, yeyir ki, onun yerini uje getsin tutsun da.
Dostları ilə paylaş: |