Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə122/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   118   119   120   121   122   123   124   125   ...   238
15. BƏDNƏZƏR HAQQINDA
I mətn

Göz o vax dəyir ki, uşağı alıf qucağına harasa gedirsən, gəlir-sən, görürsən ki, bu uşağ qavaxkı uşağ dəyil da. Nə yerdə yatır, nə göydə durur. Elə çatdıyır, ağlıyır-ağlıyır. Bilirsən ki, bu uşağa göz də­yif. Göz elə şeydi ki, bu atadan-anadan da keçir. Ananın gözü kə­nar adamın gözünnən güjdü dəyir uşağa. Onu kəsməh üçün də götürürsən sarımsağın iki-üç quru qabığını, soğanın iki-üç quru qabığını, üzərriyi, duzu, onu yığırsan əlinə, uşağın başına hərriyirsən. Deyirsən:

– Sana qonşudan gəlifsə, qohumnan gəlifsə, mənnən gəlifsə, gözdərini bı ojaxda yandırram, – deyif ojağa atırsan, yanır, çıtaçırt yanır. Əlini onun tüsdüsünə çəkirsən. Onu əlinnən uşağın alnına, boynunun dalına sürtüsən, uşağ sakitdəşif yatır. Üzərriyi yandırıf yekə adamlar boynunun dalına vuranda baş ağrısını kəsir.
II mətn

Gözü, nəfəsi olan adama gərəh birinci salamı sən verəsən, yoxsa nəzəri almış olarsan. Bizim kəntdə bir kişi vardı. Yaman nəzərriydi. Bulağa suya getmişdim, mən ona salam verincə o maa dedi: “Salam bala, nətərsən?” Uje mən gejikdim. Bərəkət haqqı, gəldim darvazanın ağzında arx vardı, səhəngnən bir yerdə yıxıldım.

Nəzəri kəsməh üçün üzərrik yandırıllar. Üzərriyi dağdan-dərə-dən yığardıx. Heş vaxdı yandan-yörədən üzərrik yığmazdıx. Yığanda divinə gərəh konfet, qəpih-quruş qoyasan. Deyillər, dağdağandı, üzərihdi, gərəh xoruz səsi eşitmiyə. Baba-nənəmizdən eşitmişəm.
III mətn

Nəzəri qaytarmax üçün duznan üzərriyi nəzər dəyən adamın başına fırrıyıf yandırıllar və bu sözdəri deyillər:

Üzərriksən, hazarsan,

Hazar dərdə davasan.

Səni yandırıram ki,

Qada-bala qovasan.

Üzərriyim çatdasın,

Yaman gözdər partdasın.

Üzərrik yana-yana,

Tökülüfdü hər yana.

Qohum ola, yad ola,

Nəzəri burda yana.


IV mətn

Üzərriyi qıranda dibinə çörəh qoymalısan. Qəntdən, on kö­püydən, bir şey qoy, qır. Qoymamış qırma. Üzərrih qan təzyiqinə, ürəh bulanmaya təsir eliyir. Qrip olanda da, yandırıf evin dörtbir tərəfinə hərriyirsən ki, mikroplar yansın.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin