17. YAS ADƏTLƏRİ
I mətn
Ölü öləndə həmmişə evin küncünə baxır. Bilmirəm fikir vermisiz, verməmisiz. Onnarın gözünə mələklər görünür bilmirəm, Əzrayil görünür bilmirəm. Ölən adam həmmişə evin küncünə baxır. Dünyagörüşdü adamlar bilir ki, uje bı adam gedir. Tez yerə gəvə sərillər, döşəh qoyullar, döşəyin üsdünə klonka qoyullar, plastina sərillər, o xəsdəni götürüf qoyullar üsdünə. Üsdünü örtüllər, ağzının qavağına güzgü qoyullar. Səhəri ölünü yumağa aparanda onda ölünün yerinə daş qoyursan. Üş günnən sora o daşı götürüf atırsan. Atırsan ki, bir də bıra ölü düşməsin. Meyid evdən çıxanda ona bir nəlbəki halva çalırsan. O iy ölüynən çıxmalıdı. Halva imam ehsanıdı, ölüyə qalan elə halvadı.
II mətn
Ölünü yola salanda oğul, qız, qohum onnan qucaxlaşıf yola saldıxlarınnan onnar ruflu olullar. Ruhlu olan adamlar gərəh üç günnən yeddi günə kimi çimsinnər. Onun sözdəri var. Deyirsən: “Bismillahi-rəhmani-rəhim. Mən ölü ruhu tökürəm”. Üş dəfə sağ çiyinnən, üş dəfə sol çiyinnən, üş dəfə başın üsdən durursan suyun altda, su axır, o sözdəri deyirsən, ölünün ruhu sənnən axıf gedir. O adam çimsə də, o sözdəri deməsə heç vax onnan getmir. Sora o adamın sümüyü ağırraşır, ağır olursan, başın ağrıyır, belin ağrıyır. Deyirsən: “ay Allah, belim sındı”. Çünki o ruh onun bədənində qalıf. O, ölən adama da pisdi ki, o, rahat yatmır. Gərəh onu tez eliyəsən. Ölü ölən gejəsi şərayitin oldu eliyəsən, yox, olmadı üç gününə kimi eləməlisən. Üş gününə kimi eləmədin, yeddi gününə kimi eləməlisən. Uje yeddi günnən keşdi, o keçir insanın sümüyünə. Sora o adama heylə fəsatdar törədir, baş ağrısı zad...
III mətn
Bir də mən anam rəhmətə gedəndə görmüşəm. Ölən adama ürəyin çox yanırsa, dünyagörüşdü adamlar o qəbirin üsdünnən az miqdarda, elə bil bir çimdih kimi torpax götürür, o əziz adamının kürəyinə torpax atıllar. Torpağı atannan sora elə bil həmən adamın yanğısı azalır. Birəz özündə səbir tapır, ya məsələn deyir ki, filankəsin ölüsü mənimkinnən cavan ölüf, ya mənimkinnən pis ölüf də. Onu heylə-heylə fikirrəşirsən, öza bir təskinlih tapırsan.
IV mətn
Anam rəhmətə gedəndə, evimizin bööründə bir balaca çadırdan ona yas yeri düzəltdik. Üç gün orda lampa yandırdıllar. Gecə də, günüz də o lampanı yandırıllar. Azca vam xodda qoyullar, gecə də, günüz də orda yanır. Üş günnən sora onu söndürüllər. Ölünün gözü o evdə qalmasın deyə yandırıllar. Üçüncü günün axşamı həm o yas yeri dağıdılır, həm də o lampa götürülür. O işığ atılmır, işığı atmazdar.
Dostları ilə paylaş: |