6. SAĞSAĞAN HAQQINDA
Saxsağan xəvər verir. Gəlir evin qarşısında evə yaxın bir ağacın budağına qonur, başdıyır qırıldamağa. Əyər sən saxsağana deyirsən ki, saxsağan, mənim istədiyim adam gəlsin, sənin ət payını verəjəm, bəlkə də o munu hiss eliyir. Elə olurdu üst-üstə tüşürdü, istədiyin adam gəlirdi. Saxsağan genə gəlirdi, məsələn, toyux kəsirsənsə, toyuğun o içərisini atırsan, həqqi də aparır. Gəlirdi Tamaşa nənəmgilin tut ağaşlarına qonurdu. Deyirdilər:
– Saxsağan, saxsağan, xeyir xəbər. – Qızı Bənövşə Gəncədə olurdu. – Bənövşə gəlsin, qoyunun bağırsaxlarını atajam sana.
Axşam çağı olan kimi baxırdın istədiyin adam gəldi. Heylə bir deyim varıydı, deyirdilər: “Saxsağan kimi xəbər gətdin ha”. Saxsağan xəbər quşudu. Bax, adicə qara qarqa yoxdu, qara qarqa o qapıya gələndə qırıldıyanda onu daşdıyıp qavırdılar ki, uje bı bəd xəbərə gəlipdi. Bayquş da xeyir xəbər gətirmir. Hansı qapıya gəlirdi, başdıyırdı bannamağa. Bax, onu daşdıyıp qavırdılar ki, pisdi. O hansı qapıya təkraran gəlip bannasa, deməh o evə yas düşəjəh, ölü öləjəh.
7. ÇİNAR AĞACI
Cinar ağacı müqəddəs ağaşdı ki, üş yüz il yaşıyır. Ən uzun ömürrü ağaşdı. Onu kəsməh günahdı. Ona görə deyillər ki, çinar ojaxdı. Bax, bizdə bir nəfər oluf, bu meşədəki çinarrarın çoxunun kökünü o kəsifdi. Axırda da yıxıldı, beli-buxunu hamısı qırıldı, elə kəstilnən zulum çəkdi. Həmən çinar öz-özünə yanır. Baxırsan ki, öz-özünə qafqara kömür olur gedir. Çinar ağacının divində züryət olmaz. Mənim dayılarımın bircəciyinin qapısında yoxuydu, bir qızı oldu. Beşinin də qapısında çinar vardı, beşi də helə, sonsuz öldü.
Dostları ilə paylaş: |