8. ÇÖRƏK HAQQINDA
I mətn
Qavaxca gərəh çörəyi itə atasan. Birinci çörəyi uşaxlara vermək olmaz. İlk arvadı ölər. Deyilənə görə, təndirdən çıxan çörək var ey, onun iyi o qədər xoş olur ki, adi həyətdə pitən güllər var ey, güllər ona boyun əyir. O qədər təravətdi olur ki, güllər çörəyin iyi gələn səmtə əyilir. Çörəyi təndirdən çıxardıf qutaranda axırda koğanı hərriyirsən təndirin içində közün başına, deyirsən ki, cinnərə, fəriştələrə pay götürürəm. Cin, şəyitin, fəriştələr çörəyin iyinə, təndirin başına toplaşır də. Onda deyirsən ki, alın çörək kəsin.
II mətn
Çörəyi təhnəyə cüt qoyullar. Deyillər: “Mənnən hərəkət, canım saa qurvan, ay Allah, sənnən də bərəkət”.
Dostları ilə paylaş: |