Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə14/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   10   11   12   13   14   15   16   17   ...   238
VII mətn

Mən iki dəfə onnarın dəsdəsinə tüşmüşəm. Bir dəfə o Damcı bılax deyirih e, onun ətrafında traxtirist işdiyirdim, cavan vaxları­mıydı, iyirmi altı-iyirmi yeddi yaşım varıydı. İşdən çıxıf gedən vax­dıydı. Əllərim bılaşığıydı. Gəldim ki, bılaxda yuunum, susamı­şam, bılaxdan su içim, gedim. Gəldim, gördüm ki, bırda böyüh bir dəsdə oturuplar, çay, yeməh, işməh, çalğıçılar, qarmon, qaval. Bı həməşə olup, adamlardı da. Toran qarışan vaxdıydı. İki dənə qız durup su­yun gözündə. Bı qızın biri dedi ki, su içəssən? Dedim ki, hə. Ta gör­düm ki, bunnarın ayna durmaxları yoxdu ki, mən yuyunam, elə su içim, gedim. O isdəkannar ki var e, bir əz belə dar, o isdəkan­nardan doldu­rup iki ovcunda belə uzatdı mənə. Mən indi bı isdəkanı alıp içəndə hər yeri bılamıyım deyə iki barmağımnan isdədim ki, tutam isdəkanı, içəm. Belə iki barmağımnan tutanda bı qız əlini çəhdi, mən çatdırıp tuta bilmədim, isdəkan əlimnən tüşdü daşın üsdünə. Dedim “pis­mil­lah”. “Pismillah” – deyəndə gördüm ki, bırda heş kim yox­du, isdə­kan tüşüf, iki bölünüf, yer də hələ islaxdı. Sora yuyundum, getdim.

Sora bir din xadimi dedi ki, yaxşı ki, suyu işməmisən, yoxsa səni sağaltmax mümkün olmazdı.

10. GOREŞƏN
Kəntdə bir kişi gecəyarısı qəvirsannığın yanınnan keçirmiş. Atnan gedirmiş. Deyir, gejə vaxdı bir də gördüm qara uzun bir kölgə atımın tərkinə yaxınnaşdı. Yığıldı, yığıldı, tofa ilana döndü. Başdıyır onu qollarıynan sıxıf boğmağa. Heş nə eləmirmiş, dişdə­miyif, eləjə boğurmuş. Kişi bir təhər onu özünnən aralıyır, atı çapır. Camaat deyir ki, bı goreşəndi – cin nəslinnəndi. Gölgə kimi isdə­ni­lən formuya düşür. Adamı gejə vaxdı boğur.


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin