43. KİM ÇOX OT YEYƏR?
Atnan qoyun spor eliyif. At deyif mən çox yeyərəm, qoyun deyif mən yeyərəm. At deyif:
– Sənin nə boyun var? Bu boyda boyun var, mənnən çox yeyə bilməzsən.
Deyif:
– Yeyərəm.
At da çox yeyər. İntaası qoyun fırıldaxdı da. At otu yeyif, yeyif, yeyif, qoyun da bunun böyründə yeyif. Qoyun elə qığlıyır ki, görünmür. Quyrux qaldırmır, bir şey eləmir. Yedihcə quyruğunun altınnan az-az buraxır. At deyif ki, nağarırsan? Deyir:
– Hələ mən az yemişəm.
Yazıx at orda partdıyıf ölüf, amma qoyun yeyə-yeyə gedif.
44. ƏYRİ TUT AĞACI
Bir kişi varmış, üç qızı varmış. Oğlu-zadı yoxmuş. Bı gedif işdiyif gələndə deyif:
– Ay bala, dilim aazımda yanır, qaş get su gətir.
Deyir, bıların da çeşmələrində bir dənə ağaş var, əyri tutdu. Qız gələr bı tutun divində oturar, dədəsinə su aparan qız, ağlıyar ki, mən yekələcəm, ərə gedəcəm, bir qızım olacax, gəlif bı tutdan yeyif, yıxılıf öləcək. Bı bırda qalır. Kişi gözdüyür, gözdüyür, qız gəlmir axı. O biri qıza deyir:
– A yanasan, get gör bacın nooldu? Mənim axı dilim ağzımda yanır. Əvdə bir qaşıx su yoxdu içəm.
Gəlif deyir:
– A bacı, dədəm susuzduxdan ölür. Sən niyə gəlmirsən?
Deyir:
– Baxtavər başaa, mən yekələcəm, ərə gedəcəm, bir qızım olacax, gəlif bı tutdan yeef yıxılıf öləcəh.
Bı da bırda oturur ağlıyır, əvlərinə getmir. Axrıncı qız gəlir. Gəlir deyir:
– A bacı, zəlil qalasız. Bax, niyə gəlmirsız, atam susuzduxdan ölür.
Deyir:
– Əşi, sən Allah, sən də maa kef vermə. Mən gedəcəm ərə, qızım olacax, gəlif bı tutdan yeyəcəh, yıxılıf öləcəh.
Bu da belə getdi. Kişi gözdüyür, bı qız da gəlmir. Üçü də qalır çeşmədə. Arvat gəlir. Deyir:
– A yanasız, noluf sizə ağlaşma qurmusuz? Axı kişi susuzdan ölür, əvdə su yoxdu.
Deyir:
– Ay nənə, nə var ki ey saa. Mən gedəcəm ərə, qızım olacax, gəlif bı tutdan yeyəcəh, yıxılıf öləcəh.
Avamçılığa bax ey! Arvat da yapışır qalır bırda. Kişi gəlir. Gəlir görür, üş qız, bir də arvat ağlıyıllar. Gəlir bir doyuncan su içir kişi. Susuyuf axı. Deyir:
– Niyə gəlmirsiz?
Deyir:
– Ata, nə var ki, ey sana. Sənin qızdarın oluf, salamatdı. Mən gedəcəm ərə, qızım olacax, bıdaha əyridi bı tut. Çıxacax bı əyri tutdan yeyəcəh, yıxılıf öləcəh.
Kişi sakkalını yola-yola gəlir. Bircə dənə erkəh danaları varmış. Heş qızı ərə də getmiyif ey. Qızının qızına ehsan verir.
Dostları ilə paylaş: |