45. SİÇAN QOZ OĞURLAMAĞA GEDİR
Bir siçan yol gedirmiş. Qabağına bir toxmax çıxır. Deyir:
– Hara gedirsən?
Deyir:
– Gedirəm babamgildən qoz oğurramağa.
Gedir, gedir, qavağına bir qıyıx çıxır. Deyir:
– Hara gedirsən?
Deyir:
– Gedirəm babamgildən qoz oğurramağa.
Gedir, gedir, qavağına bir xoruz çıxır. Xoruz deyif:
– Siçan, hara gedirsən?
Deyif:
– Gedirəm babamgildən qoz oğurramağa.
Az gedillər, üz gedillər, dərə-təpə düz gedillər, çatıllar babası-gilə. Xoruza deyir:
– Sən ojağın başında ol, onnar tərpənəndə atıl, gözdərinə kül töh.
Qıyığa deyir:
– Tərpənəndə yanına batginan.
Toxmağı da asır qapının ağzınnan. Deyir:
– Çıxanda başdarına dəyginən çıxa bilməsinnər.
Xülasey ki, belə... – Siçanı yansın, bir qoz götürəjəh dayna. – Siçan gedir heylə qurğunu qurur. Bir qoz oğurruyur, götürüf qaçır. Qoyma ha qoyma, qoyma ha qoyma. Heylə kişi qalxanda xoruz gözdərini tökür, toxmax başdarını yarır, qıyıx yanına batır. Xulasey ki, bı da bir qoz götürüf qayıdır.
Dostları ilə paylaş: |