15. MAT QALMIŞAM
Avdal Qasım həmişə erməniləri çıxılmaz, gülüş vəziyətində qoyuf. Bir gün Avdal Qasım baxır ki, bir erməni meşənin içindəki talada bir cüt öküznən yer şumluyur. Avdal Qasımın ayrı bir oğru yoldaşı oluf da. Dostuna deyir ki, sən getginən o şumun baş tərəfində dur, öküz ora çatanda mən hər şeyi həll eliyəjəm özüm. Durur şumun ayax tərəfinə yaxınnaşır, Avdal Qasım təmiz soyunur paltarını, elə-belə çılpax vəziyətdə, şumun içində başdıyır qol götürür oynamağa:
– Mən bı işə mat qalmışam, mən bı işə mat qalmışam, – deyir, oynuyur, oxuyur, hərəkətdər eliyir.
Erməni baxır ki, ə, Avdal Qasım, bının kirvəsi, çılpax şumun əyağında oynuyur. Deyir ki, sən öləsən, deyəsən, kişinin başına hava gəlib, belə, helə. Erməni öküzü, xışı qoyur şumun baş tərəfində, ordan tərpənir, cumur aşağı tərəfinə ki, görsün Avdal Qasım nə işə mat qalıfdı? Görən başına hava gəlifdi, nətər. Qujaxlıyır:
– Ara, kirvə, sən nə işə mat qalıfsan?
O vaxda qədər də artıx o birsi adam öz işin görür, öküzün birin açıv aparır. Deyir:
– Mən o işə mat qalmışam ki, sən indi bir öküznən nətər yer şumluyursan?
Dostları ilə paylaş: |