16. ARAMIZDAN İKİ EŞŞƏK ARABASI KEÇƏR
Deyilənnərə görə, Avdal Qasım ağaca çıxıf ora-bura baxırmış. Bir də görür ku, Aşot arvadıynan hardansa gəlir. Avdal Qasım deyir ki, sən öl, Aşot, bu dəyqə sənin başına elə bir oyun açım ki, gəl görəsən. Avdal Qasım başdıyır qışqırmağa ki, ay Aşot, heş ölüf qutarmırsan, adam da günün günorta çağı belə iş tutar. Aşot da deyir ki, ara, nağayrıram ki, gedirik də. Qasım deyir ki, canına azar eliyirsən, bu nə hoqqadır çıxarırsan, çölün düzündə. Heş utanmırsan, camahatın gözünün qavağında arvadını qucaxlayıf öpürsən. Aşot da qayıdır ki, ara, Qasım, başın xaraf olmasın, nə danışırsan? Görmürsən gendə durmuşux, aramızdan yühlü arava keçər. Avdal Qasım da deyir ki, inanmırsan, gəl çıx bax. Aşot fikirrəşir ki, ara, bu nətəhər işdi. Tez dırmaşır həmən ağaca. Avdal Qasım da tez düşüf Aşotun arvadını basır altına. Girəvəni buraxmıyıf o ki var başdıyır onu öpməyə. Aşot ağaşdan baxıf görür ki, Avdal Qasım onun arvadını basıf altına, süpürrəşir. Başdıyır qışqırmağa ki, ara Qasım, nağayrırsan, arvadımı niyə basıf öpürsən. Heş belə də yoldaşdıx olar. Avdal Qasım ayağa duruf:
– Ara Aşot, nə danışırsan. Nə varsa, bax o ağaşdadı. Heylə də iş olar. Saa dedim ki, o ağaşdan baxanda heylə görürük. Mən hara, sənin arvadın hara. Aramızdan iki eşşəh aravası keçər.
Dostları ilə paylaş: |