HACI ŞİRİN HAQQINDA
20. HAZIRCAVAB HACI ŞİRİN
Bizim meşələrdə ayı oluf da, indi olar daha çox Qarabax tərəfdən gəlif. Tərtərdə daşqın vaxdı bir ayı selə düşür, gəlir Qarabağda sudan çıxır üzə. Bu məsəli Hajı Şirinə yazıflar. O da Kəlbəjərridi, biznən əmioğludu. Bırdan götürüf məhtuf yazıllar ki, bir dənə meydiniz gəlif çıxıf bura, onu nə cür dəfn eliyəh? Ordan Hajı Şirin götürür məhdubun cavabını yazır ki, ən əziz ölülərinizi nə cür dəfn eliyırsınızsa, onu da həylə dəfn eliyin. Yanı, belə kişilər oluf. Bı, az söz deyil.
Dostları ilə paylaş: |