Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə21/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   17   18   19   20   21   22   23   24   ...   238
21. MİLÇƏK SÜFRƏYƏ NİYƏ TEZ GƏLİR?
Bunu maa qaynanam danışıf. Görürsən, stola yeməh qoyma­mış birinci milçəh gəlir qonur. Deyillər, vaxtiynən heyvannara od gətirməh tapşırılıf. Padşah deyif ki, kim bizim ölkəyə od gətirə bilər? Hörümçəh deyif ki, mən gedif gətirərəm. Deyiflər, kim odu gətirsə, ona gözəl ənam veriləcəh. Hörümçəh gedif tapıf gətirir. Gə­ləndə quyunun başında bunu yuxu tutuf, yatıf. Milçəh bunu götürüf aparıf verif. Padşah deyif:

– Nə isdiyirsən?

Deyif:

– İsdiyirəm süfrəni insannar düzəndə birinci mən dadım da.

Deyif:

– Hə, yaxşı, sənə verirəm də onu.



Hörümçəh gəlif görüf ki, milçəh ənamı alıf oturuf. Deyif:

Heç eybi yoxdu, sənin payını verərəm.

İndi bilmirəm fikir vermisiz, verməmisiz, hörümçəyin qurduğu tora mütləx milçək düşməlidi. Milçəyi tutuf saxlıyır.


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin