33. BƏSDİ, ŞİRİN ÇAY ELƏDİN
Dellər müharibə vaxtıydı. Camaat çətin yaşıyırdı. Qət, çay o vaxdar tapılmırdı. Camaat yayda qurutduğu meyvəynən, onnan bəhməznən çayını içərdi. Gejələr bı cavannar yığışar samovarın, ojağın qırağında dövrələmə oturuf bı quru meyvəynən çay içəllər. Böyüh çovan evdə qalan sonuncu qət tikəsini də damdan asıf ki, işdihləri çay day da ləzzətdi olsun. Bı evin kiçih oğlu da cavanımış, çayını içə-içə, heş söhbətə baxmırmış, tez-tez çönüf damda asılan qəndə baxır. Bı dəmdə atası hirsdənir uşağın başına bərhdən bir qapaz vırır:
– Küçüh, bəsdi, şirin çay elədin. Qənayət elə...
Dostları ilə paylaş: |