41. HƏR KƏS ÖZ BALASINI APARDI
Bir gün Ələmdargilə bir nəfər qonax gəlir. Ələmdarın da dörd dənə oğlu var. Balaca oğlu da qarayanız olur. Bunnar tərəfə oxşamır dana. Qonax deyir:
– Ay Ələmdar, bu uşaxların üçü elə bil ki gözəldilər, siz tərəfə oxşıyıblar. Amma bu bir dənəsi bədnöysətdi. Bu niyə belədi?
Ələmdar deyir:
– Nə bilim, Allah verən paydı da.
Qonax deyir:
– Ay Ələmdar, mən bir anekdot eşitmişəm.
Ələmdar deyir:
– Nə eşitmisən?
Qonax deyir:
– Gürcüstanda bir nəfər adam olur. Qəzetdə elan verillər ki, dörd oğlu olan kişiyə maşın padarka verilir.
Bu da qəzeti götürüb qaça-qaça gəlir evə. Arvadına deyir:
– Ay arvad, döölət tərəfinnən belə bir gözəl elan verilib.
Arvad deyir:
– Nə elandı?
Kişi deyir:
– Dörd oğlu olana bir maşın verillər.
Arvad deyir:
– Ay kişi, bizim də üç oğlumuz var dana. Axı dördüncü oğlumuz yoxdu maşın alasan.
Kişi deyir:
– Arvad, əgər xətrinə dəyməzsə, saa bir şey deyərdim.
Arvad deyir:
– Denən.
Kişi deyir:
– Ucqar kəntdə bir dəfə bir xata eləmişəm. Aylə qurmuşam, sənin xəbərin yoxdu. Bir oğlum da ordadı. İncimərsənsə, gedim onu götürüm gəlim, aparım dördünün də sənədini verim gəlim, maşını alax.
Arvad deyir:
– A kişi, niyə inciyirəm, get gətir.
Kişi çıxır gedir o biri kəndə. Sovetdikdən kağız alır ki, həqiqətən bu onun oğludu. Qayıdır meterkalarını da yığa, sənəddərini düzəldə, gedə maşını ala. Gəlir evə, görür ki, uşaxlar yoxdu evdə. Arvada deyir:
– Arvad, uşaxlar hanı?
Arvad deyir:
– A kişi, o elan çıxannan sora hər kəs gəldi öz uşağını apardı.
Deməli o üçü bunnan döyülmüş, elə o bədnösət bunnan imiş.
Dostları ilə paylaş: |