46. MƏN GƏLMİŞƏM ALI BƏYƏ BAŞ ÇƏKƏM
Biri gəlin gətirir. Gəlinə qaynənəsi bir-iki həftədən sora deyir ki, bala, gəl gedəh alax eliyəh. O vax alax eliyirmişdər. Soğan əkiflər, onun alağını eliyirmişdər. Nəysə, bir gün belə, iki gün belə, axırı gəlin dilə gəlir. Ərinin də adı Alıymış. Qaynanasına deyir:
Mən gəlmişəm aş bişirəm, aş çəkəm,
Mən gəlmişəm Alı bəyə baş çəkəm,
Gəlməmişəm çayır çəkəm çırtdadam.
Onnan sora qaynana deyir ki, bala, nə cür bilirsən elə elə. Çayır çəkmirsən, get özün əraa qullux elə.
Dostları ilə paylaş: |