47. SİZ SAĞ OLUN
Rəhmətdih mənim dayım sədr işdiyirdi. Demək, rayonda deyiblər ki, Babış gələndə deyin ki, itin ölüf, başın sağ olsun. Biri də o yannan bına deyir ki, ayə, o hazırcavafdı, sizə elə cavaf verəjək, a yazıxlar, dəymişiniz dura-dura kalınız töküləjəh. Elə səhər-səhər, – mədəniyyət evi var, həmişə yığışırdılar orıya camaat tezdən, – görüllər ki, dayım gəldi. Dayım gələn kimi bı deyir:
– Ə Babış, bəs eşitmişik itin ölüb. Başın sağ olsun.
Deyif:
-
Nə qədər ki, siz varsınız, elə bilərəm bir belə itim var. Siz sağ olun.
Dostları ilə paylaş: |