24. HEYVANLARIN PADŞAHI Şir baxır görür ki, bütün heyvannar marıxta yatır, xəlvətçə hücum edif bir-birini yeyillər. Şir deyir ki, maa yaraşmaz belə şeylər. Gərəh mən kişi kimi eliyim. Gedif Allaha şikayət edif ki, bütün heyvannar gizdənif bir-birinə hücum edillər. Mən belə etmək isdəmirəm. İsdiyirəm ki, hər şey açıx olsun. Mənim ajdığımı bütün heyvannar bilməlidi. Kimi isdəsəm tutuf yeyəjəm. Allah deyir ki, get, səni qoydum heyvannarın paççahı. Saa elə bir güj verəjəm ki, nərə çəkəndə bütün heyvannar biləjəklər. Ona görə də şir heyvan tutmax isdiyəndə əvvəlcə nərə çəkif heyvannarı qandırır ki, qaçın, ajam, yoxsa tutuf sizi yeyəjəm. Ona görə də şir heyvannarın paççahıdı. Başqaları isə xəlvətçə cumullar. Amma şir yox. Çünki o şirdi. Nərildiyif sora cumur.