35. SÜLEYMAN VƏ BİLQEYİS
Süleyman peyğənbər cannıların, quşdarın peyğənbəriymiş. Elə bil ki, onlar öfdəsindəymiş. Cinnilərdə Bilqeyis addı bir arvat varmış. Hə, indi bı isdiyir Bilqeyisi ala özünə. Quşdar, cinnilər deyir ki, onun canı mal kimi tüklüdü. Onnan sohra, ağılsızdı, nəə alırsan bı arvadı.
Hə, indi bı gedir hənki quşdara kağız verir ki, mını apar qoy Bilqeyisin taxtıın altına, quşdar getmir. Vındıtvut – bı şanapipik deyir ki, mən gedərəm. Kağızı alır dimdiyinə, aparır. Qapını qulluxçular açanda arvat yatmışımış. Qapını açır, gedir kağızı qoyur qadının yasdığının altına, qayıdır gəlir. Gəlir deyir ki, ya peyğənbər, apardım verdim.
Bir də o cinnilərə deyir ki, gedin onun taxtının qılçalarını dəyişdirin. Onu elə həylə taxdının üsdündə götürün gəlin. İndi mının ağlını yoxluyur ki, görüm nətərdi. Gətirir əvinin də birinin içini şüşə eliyir, altınnan da su boşduyur. Deyir ki, indi mının ağlın yoxluyajam. Cinnilər mının qılçalarını dəyişdirir, elə həylə taxdını götürür gəlir. Bı heç uyanmır. Gətirir əvə qoyur. Arvat durur əənə-bəənə baxır, deyir ki, bı ev mənim dəyil. Bı taxt mənimdi, amba qılçaları mənim dəyil.
İndi kişi – Süleyman peyğənbər deyir ki, bıllar maa həylə kələk gəlirmişdər. İndi mının qılçasına-zadına da baxmağ isdiyir. Bı şüşəli yerdən gedəndə tumanını qaldırır, çərmiyir. Elə bilir sudu. Onnan sohra həylə görür kü, ağlı da özündədi, hər şeyi yaxşıdı. Mını elə yalannan deyirmişdər.
Hə, şanapipiyin həylə zadın eşitmişəm.
Söyləyici bu mətni anasından eşidib.
Dostları ilə paylaş: |