Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə36/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   32   33   34   35   36   37   38   39   ...   238
36. SÜLEYMAN PEYĞƏMBƏRİN ÖLÜMÜ
Deyilənnərə gora, Suleyman peyqəmbər lap çox yaşıyıpdı. Sarayında da çəliyə səfkəhli ölüp. Üç gün dalbadal həylə ölü vəziyə­tində – çəliyə səfkəhli qalıpdı. İndi onçun deyillər ki, qarışqanı ayaxlamıyın. Okqədər hökümlü hökümdarıymış ki, bütün inni-cin­ni­nin dilini bilirmiş daa. Ona görə də bına yaxın getmirmişdər daa. Get­mi­yəndə qarışqa deyipdi ki, mən onu yıxaram, onnan sora siz gəlip onu aparıp dəfn edərsiz. Dəfn olunmalıdı axı. Qarışqa gedir bının çəli­yini oyur, oyur, yeyir. Çəlih nazilir, səfkəndiyi yerdə yıxılır. Yıxı­lan­nan sora hay düşür ki, bəs Süleyman peyqəmbər yıxıldı. Gedəh götü­rəh, gələh dəfn eliyəh. Onnan sora onu aparıp dəfn eliyillər.

Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin