Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə43/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   39   40   41   42   43   44   45   46   ...   238
44. PEYĞƏMBƏR VƏ QIZI
Bir arvad var idi. Gəldi gördü mən çilə aşı dəmliyirəm. Dedi ki, baxıram təmizkar, hər şeyin yerini bilənsən da. Bunnan da bağlı bir misal çəkdi. Dedi ki, peyğəmbər bir gün qızıynan gəzməyə çı­xır. Qız susuyur. Atası bir qapını döyür. Görür bir qız çıxdı. Deyir:

Maa bir isdəkan su ver, qızım susduyufdu.

Bu da götürüf verir. İsdəkan çirkli olduğu üçün qız işmir, tökür yerə. Peyğəmbərimiz deyir:

– Çox sağ ol qızım, səni görüm evdə oturuf ər çörəyi yeyəsən.

Bir az gəlillər. Qız genə deyir ki, ata, susamışam. Genə atası bir qapını döyür, gətirif bir isdəkan su verillər. Yaxşı isdəkanmış. Qız içir, deyir “çox sağ ol”. Peyğəmbərimiz də deyir:

Çox sağ ol, səni görüm özün qazanıf, özün yeyəsən.

Nəysə, gəlillər bəri. Görür bir cavan oğlan gəlir qavaxdan. O qədər sütüldü, heş bir günahı yoxdu da. Peyğəmbərimiz baxır, deyir ki, canı yanmışın nə ölməli canı var ey. Birəz qabağa gedillər. Gö­rür bir qoca kişi hasaynan gəlir yıxıla-dura, gücnən yeriyə-yeriyə. Deyir ki, baxtavərin nə qədər ömrü var ey. Bir də çönür arxaya, görür qızı gəlmir. Deyir:

– Qızım, niyə gəlmirsən?

Deyir:

– Sən peyğəmbərsən, bəs hakkı nahakka verirsən də. Bına adi camaat nə deyər?

Deyir:

Gəl otur, qızım, mən saa izah eliyim niyə görə belə de­yi­rəm. O suyunu işmədiyin qız pinti qızdı, hara getsə qayıdıf gələcəh o evə. Yoldaşı gedif çöllərdə işdiyəcəh, gələcəh, baxmıyacax təmizdi, çirk­lidi, qoyuf qavağına bir tikə yeyəcək ki, yatsın, tezdənnən işə ge­də­cəh axı. Küncü-bucağı eşələmiyəcəh görüm təmizdi, çirklidi. Am­ma o təmiz qız hara getsə özünün başını saxlıyacax da, bədbəxt ol­­mu­yacax. O qocanın da o qədər günahı var ki, sən təsəvvür elə, də­yir yerə, qalxır bir də yeriyir. Onu nə cəhənnəm qəbul eliyəcəh, nə cənnət. Amma o cavanın heş bir günahı yoxdu. Gedən kimi düşəcəh cənnətə.




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin